Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDU-nun kafedra müdiri vəfat edib


Həmid Hüseynov 1990-1992-ci illərdə BDU-nun prorektoru vəzifəsində işləyib


Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri vəfat edib.

"Report"un məlumatına görə, geologiya-mineralogiya elmləri namizədi, BDU-nun “Paleontologiya və tarixi geologiya” kafedrasının, müdiri, dosent Həmid Hüseynov dünyasını dəyişib.

Qeyd edək ki, H.Hüseynov 1946-cı ilin sentyabrın 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsini bitirib, mühəndis-geoloq ixtisasını alıb.

1968-1971-ci illərdə “Paleontologiya və tarixi geologiya” kafedrasının aspirantı olub, sonrakı illərdə müəllim, baş müəllim və dosent vəzifələrini tutub.

1975-1979-cu illərdə Fransa və Əlcəzair Respublikalarında pedaqoq kimi çalışıb, Milli Neft və Qaz İnstiutunda (Əlcəzair, Bumerdes şəhəri) “Paleontologiya” və “Tarixi geologiya” fənlərindən mühazirələr oxuyub, milli geoloq kadrlar hazırlayıb.

1990-1992-ci illərdə BDU-nun prorektoru vəzifəsində işləyib.

2012-ci ildən “Ümumi və tarixi geologiya” kafedrasının müdiri olub.

1 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 5 metodik göstəriş, 100-ə yaxın məqalə və tezislərin müəllifidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar