Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BAXCP-dən hökumətə çağırış


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib


Axar.az xəbər verir ki, iclasda müzakirə olunan ilk məsələ Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının iyunun 8-9-da Bakıda keçirilən Şura iclası və zirvə toplantısı ilə bağlı olub.

 Alyansın Şura İclası və Bakı sammiti haqqında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İdarə Heyəti üzvlərinə ətraflı məlumat verib. BAXCP sədri ölkəmizin siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən bu tədbirin keçirilməsinə dəstək verən hər kəsə təşəkkürünü bildirib.

İdarə Heyətinin müzakirəsinə çıxarılan digər məsələ Azərbaycan fermerlərinin qarşılaşdığı problemlərlə əlaqədar olub. Bununla bağlı BAXCP İdarə Heyətinin açıqlaması qəbul edilib:

“Son zamanlar kütləvi informasiya vasitələrində Azərbaycan fermerlərinin öz məhsullarını satışa çıxarmaları ilə bağlı ciddi problemlərin yaşandığı barədə məlumatlar yayılır. Bu məlumatlar partiyaya vətəndaşların ünvanladığı müraciətlərdə də öz təsdiqini tapır. Bu müraciətlərdə qeyd olunur ki, fermerlər min bir əziyyətlə əkib becərdikləri məhsulları dəyər-dəyməzə satmaq, yaxud öz zəhmətlərinin bəhrəsinin necə zay olduğunu ürək ağrısı ilə izləmək məcburiyyətində qalırlar. BAXCP İdarə Heyəti hesab edir ki, fermer təsərrüfatlarının inkişaf etdirilməsinin yolu istehsal olunan məhsullar üçün satış bazarlarının tapılmasından və dövlətin bu prosesi stimullaşdırmasından keçir. 

Məlumatlara görə, bəzi dövlət qurumlarının ehtiyac duyduğu kənd təsərrüfatı məhsulları, həmin məhsulların Azərbaycanda da istehsal olunduğuna baxmayaraq, bir çox hallarda xaricdən alınır. Hesab edirik ki, dövlət ehtiyacları üçün gərəkli olan kənd təsərrüfatı məhsulları ilk növbədə yerli fermerlərdən və real bazar qiymətlərinə uyğun olaraq alınmalıdır. BAXCP Azərbaycan hökumətini daxili bazarın qorumağa, fermerləri dəstəkləməyə və qeyd olunan istiqamətlərdə təxirəsalınmaz tədbirlər görməyə çağırır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar