Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərsunun yezidi kürdlərə yardım məsəsləsi qalmaqala çevrildi


“Azərsun Holdinq” məlumatı təkzib etsə də, Fazil Mustafa xəbəri bütün informasiya kanallarının yayımladığını deyir; deputat türkmənlərə yardım üçün Goozala təşəkkür də edib; Tahir Süleyman yezidi kürdlərdən danışdı...


“Azərsun Holdinq”in rəhbəri Abdolbari Goozal İraqdakı yezidi kürdlərinə yardım göndərməsi xəbəri etirazlarla qarşılanıb.

Mediada, sosial şəbəkələrdə şirkət rəhbərinin bu addımı qınanıb, deputat Fazil Mustafa isə türkmənlərə də yardım edilməli olduğunu açıqlayıb. 

Ancaq şirkət bu məlumatı təkzib edib və yezidi kürdlərə deyil, türkmənlərə yardım karvanı göndərildiyini bəyanlayıb. Belə ki, ötən həftə “Azərsun Holdinq” tərəfindən İraqın Ərbil şəhərində məskunlaşan türkmənlərə böyük yardım karvanı göndərilib. Yardımlar Ərbil, Mosul, Təlafer, Sincar və digər yaşayış məntəqələrində paylanılıb. “Azərsun”dan bildirilib ki, yardımlar türkmənlərlə yanaşı, xristian icması və digər icmalara da çatdırılıb.
F.Mustafa da facebook səhifəsində bu təşəbbüsü yüksək qiymətləndirib: “Biz doğru olanları hər zaman təqdir etməliyik, yanlış olanları da söyləməkdən çəkinməməliyik. İndi görək Azərbaycandan başqa iş adamları türkmənlərə hansı yardımları göstərəcəklər? 
Bu barədə yaxın günlərdə bizdə də ciddi təşəbbüslər olacaq. Türkiyədən də ciddi humanitar yardımlar edilir, türkmənlərin yenidən öz ocaqlarına qayıtmasına gücümüz yetdiyincə dəstək verməliyik".

Deputat bu məsələ haqda “Yeni Müsavat”a ətraflı açıqlamasında bildirdi ki, türkmənlərə yardımı üçün “Azərsun Holdinq” rəhbərliyinə təşəkkür edib.

Onun sözlərinə görə, yezidi kürdlərə yardım göndərməsini də irad tutub: “Onlar bunu təkzib etdilər. Amma informasiya kanalları göstərdilər ki, yardım göndərib. Yezidi kürdlər Qarabağda yüzlərlə azərbaycanlını qətlə yetiriblər. Mən də buna etirazımı bildirdim. Bu kateqoriyalı insanlara niyə dəstək verməliyik? O halda Suriya erməniləri də qaçqındırlar, gərək onlara da yardım olunsun? Ancaq ”Azərsun Holdinq"in türkmənlərə yardımını yüksək qiymətləndirirəm".



F.Mustafa qeyd etdi ki, yezidi kürdlər şeytana sitayiş edirlər: “Bizə yaxın olan kürdlər də var, PKK-ya dəstək verən də. Biz bunu fərqləndiririk. Amma yezidi kürdlər bizə yaxın deyil. Onlar erməni ilə müttəfiqdirlər. Onlar satanistdirlər, şeytana sitayiş edirlər. Yarı Zərdüşt, yarı müsəlman, yarı xristianlıq düzəldiblər”. 

Müsahibimiz Azərbaycan şirkətlərinin türkmənlərə yardım karvanı göndərəcəyinə inandığını söylədi: “Bildiyim qədər müəyyən işlər görülür, bu istiqamətdə addımlar atılır. Onların ciddi ərzaq yardımına ehtiyac var”. 

Bəs, “Azərsun Holdinq”dən yardım aldıqları deyilən yezidi kürdlər kimlərdir? Onların tarixi, həyat tərzi, görüşləri nədən ibarətdir?



“Diplomat” qəzetinin baş redaktoru, kürd əsilli Tahir Süleyman “Yeni Müsavat”a bu mövzuda danışarkən qeyd etdi ki, yezidilərə aid bir çox məqalə və kitab var: “Kürd olan yezidilər özlərinə ezidi deyirlər. Orta Şərqin ən kiçik birliyi olmalarına baxmayaraq 18 və 19-cu əsrlərdə ingilis-fransız və Osmanlı siyasi çəkişmələrinin ortasında qalıblar. Əslində yezidilərin olduğu coğrafiya tarixdə həmişə zalımın zülmündən qaçanların sığındığı yer olub. 

Onların olduğu Sincar dağlarındakı kəndlər, mağaralar ilk xristianlıq dövründə xristianların çox tanrılı, Roma və Zərdüştün İrandan qaçıb saxlandığı, dini təhsil verdiyi yer olub. Daha sonra Abbasi və Əməvilərin təzyiqlərindən qaçan təsəvvüf məktəbləri üçün sığınacaq yerinə çevrilib. 

Monqol istilası, səlib yürüşləri, vəba epidemiyaları, dünya müharibəsi, Səddam təzyiqləri. Sonra Osmanlı dağılıb Türkiyə Respublikası qurulduğunda yezidilərin həyatları daha da çətinləşib. Çünki yezidi tayfalarının bir qismi Suriyada, bir qismi İraqda, bir hissəsi Türkiyədə qalmışdılar".

T.Süleymanın sözlərinə görə, yezidilərin başqa bir dinə mənsub olanla evlənməsi qadağandır: “Bu səbəbdən onlar qapalı bir cəmiyyətdir. Digər cəmiyyətlərin onların inanclarına verdikləri reaksiyalar səbəbindən qapalı olublar. Hətta 1970-ci qədər Türkiyədəki yezidilərin çoxu oxumağı, yazmağı bilmirdi. Eyni çətinliyi Qərbə köç etdikləri zamanı yaşadılar. Dinləri mövzusunda təsnifat çətinliyi yaşadılar. Sincar dağlarındakı Şengal şəhərində Laləsi bölgəsi, yezidilərin müqəddəs məkanıdır. Tanrının iqamət etdiyi yer olduğuna inanırlar. Bu səbəbdən həmin məkanın dünyadan əvvəl yaradıldığını deyirlər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar