Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azəristiliktəchizat” ASC-nin rəhbərliyi hər il dövlətin nə qədər vəsaitini mənimsəyir?

ASC-nin rəhbərliyi əhalini istiliklə təmin etməkdən daha çox dövlətin ayırdığı pulları mənimsəməklə məşğul olur


Qış mövsümü gələr gəlməz paytaxtın istilik problemi Bakı əhalisinin əsas sosial problemlərindən birinə çevrilir. Uzun iilərdir ki, dövlət hər il paytaxtın istilik problemlərinin həlli üçün milyon manatlarla vəsait ayrılır. Lakin ortada böyük vəsaitin olmasına baxmayaraq Bakının istilik problemləri öz həllini tapa bilmir. Buna görə də əhalinin böyük hissəsi elektrik enejisindən istifadə edərək istiliyə olan təlabatını ödəməyə çalışır. Bu isə həm əhaliyə həddindən artıq baha başa gəlir, həm də elektrik xəttlərinin həddindən artıq yüklənməsinə səbə olur.

Paytaxt Bakının və digər şəhərlərin istilik təminatı 2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə “Azəristiliktəchizat” ASC həyata keçirir. Təşkilatın vəzifəsi paytaxıtı və ölkəninin böyük şəhərlərini qış aylarında istilik təmin etməkdir. Bunun üçünsə qazanxanaların, istilik xəttlərinin yay aylarında təmiri, qazanxanaların işləməsi, yeni istilik qurğularının tikilməsi üçün dövlət hər il külli miqdarda vəsait sərf edir. Amma bu vəsaitin hansı qazanxanaba «buxarlanmısı» haqqında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, “Azəristiliktəchizat” ASC-nin rəhbəri Yaşar Həsənovdan başqa ancaq bir neçə nəfər bilir. 

Qeyd edək ki, Yaşar Həsənov 8 ildir ki, “Azəristiliktəchizat” ASC-yə rəhbərlik edir və ölkəninin böyük şəhərlərinin «isidilməsindən» böyük pullar qazanır. Onu da xatırladaq ki, dövlət başçısının sərəncamına əsasən “Azəristiliktəchizat” ASC əhalini qış aylarında fasiləsiz olaraq istiliklə təmin etməlidir.


Bildirək ki, sözügedən ASC-nin strukturu olduqca böyükdür və bu “Azəristiliktəchizat” ASC-yə11 xidmət təsərrüfatı, 2 MMC, Bakı şəhəri üzrə 17 İstilik İstismar Sahəsi, 51 regional İstilik Təsərrüfatı İdarələri, 5 rayonda istilik qazanaxanası, 700-ə yaxın məhəllədaxili istilik qazanxanası, 197 istilik məntəqəsi, 1200 km-ə yaxın magistiral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik komnuikasiyaları daxildir.”Azəristiliktəchizat” ASC-yə ayrılan vəsaitlər əsasən yay aylarınad ayrılır ki, qış aylarında bütün qazanxanalar problemsiz fəaliyyət göstərsinlər. Amma PİA.AZ-a daxil olan məlumatda göstərilir ASC-nin rəhbərliyi əhalini istiliklə təmin etməkdən daha çox dövlətin ayırdığı pulları mənimsəməklə məşğul olur.

Məlumatda bildirilir ki, qurum rəhbəri Bakı Şəhəri İcra başçısı Hacıbala Abutalıbova arxalanaraq artıq 8 ildir “Azəristiliktəchizat” ASC nin hesabına sərvət toplayır. Qurumun adındakı “Azəristiliktəchizat” sözü olmasına baxmayaraq ASC nin əsas işi paytaxt Bakı şəhərindədir. Çünki qurumun istixanalarının 80 faizi Bakı şəhərində yerdə qalanı isə Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərini əhatə edir. Bundan başqa rayonlarda İstilik Təsərrüfatı İdarələri formal olaraq fəaliyyət göstərir, onların əsas işləri yerli icra hakimiyyətlərini və başqa dövlət idarələrini istiliklə təmin etməkdir. 

Məlumatlı şəxs bildirir ki, qurum sədri Yaşar Həsənov hər il ayrılan milyonlarla manat vəsaiti mal matereal alınması, qazanxanaların, istilik binalarının və istilik xətlərinin təmiri tikintisi və başqa işlərdə həyata keçirilən əməliyyatlarda çoxlu sayda maliyyə maxinasiyaları həyata keçirilib.

Məlumata əsasən ASC-nin maliyyə maxinasiyalarında əsas “işgüzarlardan” kadrlar qurumun Tikinti və İnkşaf şöbəsinin rəisi Cəbrayıl Cəfərxanov və qurumun baş mühasibi Gülnarə Kərimova adlı şəxslərdir. Tikinti və İnkşaf şöbəsi ASC-nin həyata keçirdiyi təmir, tikinti, xətlərin bərbası yenilərinin çəkilməsi və mal matrealların alınmasını həyata keçirir. Bildirilir ki, Cəbrayıl Cəfərxanov ASC-nin rəhbəri Yaşar Həsənovun qurumdakı ən etibarlı və lazımlı adamalrından biridir. Çünki cəmiyyət sədrinin əldə etdiyi yüzminlərlə manat vəsait məhz bu şöbənin əli ilə «yuyulur».

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC yə 2013-cü ildə ayrılan milyonlarla manat vəsaitlər, bu vəsaitlərin xərclənməsi silinən pullarla bağlı daxil olan məlumatlardakı faktları digər mənbələr vəsitəsi ilə araşdırırq və növbəti sayımızda oxucularımıza daha eətraflı ilginc məlumatlar təqdim edəcəyik.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar