Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell Əhmədlidə yeni Ekspres ofisini istifadəyə verdi


Bununla da Azercell Ekspres ofislərinin sayı 48-əçatdı


Müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom Bakıda və regionlarda  Azercell Ekspresofislərinin sayını artırmaqdadır. Beləki, 2oktyabrdan etibarən şirkət Bakışəhəri, Əhmədli qəsəbəsi,M.Hadi. küçəsi 41 L ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib.

 Yeni AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üçxidmət” ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlanabilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü ilavqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə,MDB dövlətləri arasında özabunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu. 

Öz şəbəkəsini və əhatə dairəsini genişləndirən Azercell-in hal-hazırda Bakıda17, regionlardaisə 31Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 48-ə çatıb.

 Əhmədlidə açılan yeni ofis sakinlərə operativ və rahat xidmət göstərməklə yanaşı,eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunəçi xidmətindən yararlanmağa imkan yaradacaq. 
Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell bütün ölkə boyu Ekspres ofislərinin sayını artırmaqda davam edir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.  



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar