Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-lə peşəkar karyeraya ilk addımlar



Azercell Telekom MMC 2017-ci ilin Yay Tələbə Təcrübə Proqramına qəbul edilən tələbələrlə görüş keçirib


Tədbirdə proqram qalibləri ilə yanaşı, Azercell şirkətinin əməkdaşları, təcrübəçilərin gələcək mentorları, həmçinin Təhsil Nazirliyi SABAH qrupları nümayəndələri də iştirak ediblər. Görüşün məqsədi tələbələrə təcrübə proqramı və planlarını nümayiş etdirmək, gələcək karyeralarında uğur qazanmaq üçün müəyyən tövsiyyələr vermək idi.
 
Xatirladaq ki, bu il ilk dəfə olaraq Təhsil Nazirliyi SABAH qrupları və Azercell Telekom MMC arasında imzalanmış memorandum çərçivəsində Azercell Yay Tələbə Təcrübə Proqramı SABAH qrup tələbə və məzunlarını də əhatə edib. SABAH qruplarından 10, ümumillikdə isə Azərbaycanın fərqli ali təhsil ocaqlarından 29 tələbə Yay Tələbə Təcrübə Proqramında iştirak hüququnu qazanıb.
 
Məlumat üçün bildirək ki, Yay Tələbə Təcrübə Proqramı tələbələrə telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Proqram çərçivəsində mərhələlərlə seçilən gənclər şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 112[VO(1]  tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 17[VO(2] -i isə şirkətdə işlə təmin olunublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar