Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-in korporativ abunəçiləri arasında keçirilən I futbol turnirinin qalibi bəlli oldu

Azercell Telekom idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə hər zaman böyük önəm verərək, həm öz müştəriləri və əməkdaşları arasında, həm də şirkətin korporativ sosial məsuliyyət layihələrində bu istiqaməti inkişaf etdirib


Öz müştəriləri arasında həm işgüzar, həm də dost münasibətlərini möhkəmlətmək, onların idmana qarşı həvəsini artırmaq və asüdə vaxtlarını təşkil etmək üçün Azercell Telekom daha bir maraqlı təşəbbüslə çıxış edib və korporativ abunəçiləri arasında təşkil etdiyi I Futbol Turnirini uğurla başa vurub. Turnirin oktyabrın 11-də keçirilən üçüncü yer uğrunda oyununda və eləcə də final turunda azarkeşlər maraqlı və gərgin mübarizənin şahidi olublar. “Gilan” və “Kapital Bank” komandaları uçüncü yer uğrunda mübarizə aparıblar. Nəticədə “Kapital Bank” komandası qalib gəlib. Hər kəs tərəfindən maraqla gözlənilən final oyununda isə STP (Sumqayıt Texnologiyalar Parkı)  və Azeri M-İ komandaları yarışıblar. Qızğın oyun nəticəsində 6:2 hesabla STP təmsil edən komanda yarışın qalibi olub. Qaliblər Azercell-in prezidenti Vahid Mürsəliyev tərəfindən turnirin kuboku və medallarla təltif olunub, dəyərli hədiyyələr alıblar.
 
Məlumat üçün bildirək ki, sentyabrın 8-dən başlayan futbol turnirində 12 komanda öz gücünü sınayıb. Turnirdə “Kapital Bank”, “North West Construction”, “Xəzər Media”, “Unibank”, “Sumqayıt Texnologiyalar Parkı”, “Gilan Holding”, “TOPAZ”, “Azərtexnolayn”, “Azeri M-İ”, “AA Services”, “Coca-Cola” kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar