Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-dən unikal “Virtual ATS” xidməti


Azərbaycan rabitə bazarında ilklərə imza atan, unikal xidmətləri ilə seçilən Azercell daha bir yeniliyi abunəçilərinə təqdim edir. Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar


Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir.
 
Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
 
Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır.
 
Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni bir ofisə keçdiyinizdə əvəzsizdir. Həmçinin bu xidmət adi telefon stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb etdiyində zəruri olacaq.Virtual ATS xidmətin  üstünlüklərinə gəldikdə isə
 
Mini ATS və əlavə avadanlıq almaq tələb olunmur;Şirkət nömrəsi bütün ofis və filialları üçün eyni olacaq.

Xidmət haqqında ətraflı məlumat almaq və xidmətə qoşulmaq üçün [email protected] ünvanına istək göndərə və Korporativ Müştəri Xidmətləri Mərkəzinin 24/7 rejimində işləyən *6050 nömrəsinə zəng edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar