Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-dən yeni “Fərdi paket” imkanı


İndi abunəçilərin öz individual xidmət paketlərini yaratmaq imkanı var


Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə yanaşı, ölkənin mobil rabitə bazarının lideri olan Azercell daim öz abunəçilərini sərfəli kampaniyalar,endirimli tarif paketləri və geniş sayda xidmətlərlə sevindirir. 
Şirkət bu günlərdə SimSim abunəçiləri üçün daha bir unikal xidmət istifadəyə verib. 15 apreldən etibarən təqdim olunan  “Fərdi paket” xidməti abunəçiyə istədiyi həcmdə İnternet, SMS və MMS xidmət paketlərinin seçim imkanını yaradır. Fərdi paket xidmətindən yararlanmaq üçün abunəçi Azercell-in rəsmi internet səhifəsində yerləşən şəxsi kabinetdə qeydiyyatdan keçməlidir (www.azercell.com/ferdipaket).  
Şəxsi kabinetdən qeydiyyatdan keçməklə abunəçi istədiyi xidməti və eyni zamanda onun həcmini özü müəyyənləşdirə biləcək. 

Bu xidmətin üstünlüyü ondadır ki, abunəçi bir dəfəlik olaraq iki və daha çox xidmət paketi seçdikdə uyğun endirimə sahib olacaqdır. Eyni zamanda bu xidmətə qoşulmaqla abunəçi kabinetində yerləşən uyğun bölməyə daxil olaraq  son 90 gün ərzində “Fərdi paket” xidmətindən olan bütün istifadə və əməliyyatların təfərrüatlı təsvirini görə bilər. 

Bu yenilik Azercell abunəçilərinə maksimal dərəcədə müsbət müştəri təcrübəsi və şəffaflıq təmin etməklə yalnız bir əməliyyatın köməyi ilə seçimin həyata keçiriləcəyi anda müstəqil şəkildə məhz onlara gərəkli olan həcmdə xidmətləri seçməyə imkan verir. 

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar