Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıya Rusiyada məsul vəzifə verildi


Rusiyada azərbaycanlı diaspor fəalı Araz Mürsəliyev Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti təyin olunub


Rusiya prezidenti yanında millətlərarası münasibətləri Şurasının miqrasiya məsələləri üzrə Komissiyasının qərarı ilə “Xalqlar Dostluğu” Xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini Araz Mürsəliyev millətlərarası münasibətlər üzrə prezident şurası işçi orqanı yanında fəaliyyət göstərən ekspert qrupunun tərkibinə daxil edilib.

A.Mürsəliyev Millətlərlə İş üzrə Federal Agentliyin Rusiya prezidenti yanında millətlərarası münasibətləri şurasının miqrasiya məsələləri üzrə komissiyası ilə birgə keçirdiyi iclasda iştirak edib. İclas iştirakçıları “Rusiya Federasiyasında xarici vətəndaşların sosial və mədəni adaptasiyası və inteqrasiyasi haqqında” federal qanunun hazırlanmasının gedişatını müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Federasiyası prezidenti yanında Millətlərarası münasibətlər şurası məsləhətçi orqandır. Bu qurum federal və regional hakimiyyət orqanlarının, ictimai birliklərin, elmi və digər təşkilatların qarşılıqlı fəaliyyətini təmin etmək üçün yaradılıb.

Həmyerlimiz Araz Mürsəliyev Rusiyada aktiv diaspor fəaliyyəti ilə məşğul olur. O, eyni zamanda Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü, Dövlət Dumasının deputatı, “Yedinnaya Rossiya” fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisidir. A.Mürsəliyevin rəhbərlik etdiyi “Xalqlar Dostluğu” Fondu Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsi, Rusiya Xalqlar Assambleyası və Moskva Hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar