Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar sərxoş Amerika hərbçisini döydülər


“Litvanın Kaunas şəhərinin mərkəzində sərxoş azərbaycanlılar sərxoş amerikalı hərbçini döyüblər. NATO-nun şərqə genişlənməsinin siması bu cürdür”


Virtualaz.org xəbər verir ki, @spacelordrock nikli məşhur bloger azərbaycanlılarla ABŞ hərbçisi arasında yaşanmış hadisə ilə bağlı xəbəri belə şərh edib. Xatırladaq ki, hadisə cümə gününə keçən gecə baş verib.

Dava nəticəsində amerikalı hərbçi xəsarət alıb. Bunu isə Kaunas dairəsinin polis komissarlığının mətbuat xidməti bildirib.


“İyunun 15-də təxminən gecə saat 2-də Kaunasın Laysves xiyabanında iki sərxoş Azərbaycan vətəndaşı ilə ABŞ hərbçisi arasında münaqişə baş verib və nəticədə, amerikalı hərbçi xəsarət alıb”, - RİA “Novosti”nin yayımladığı məlumatda deyilir.

Polisin məlumatına əsasən, Azərbaycan vətəndaşları sərxoş olublar (qanlarında 1,09 və 1,44 promille alkohol aşkarlanıb), ABŞ hərbçisi də ayıq olmayıb (2,14 promille). Bildirilir ki, münaqişə xidmət vaxtı baş verməyib – amerikalı hərbçi adi mülki geyimdə olub.

“Dava vaxtı Azərbaycan vətəndaşlarından biri ABŞ hərbçisinin sifətinə yumruqla vurub. Xəsarət alan hərbçi həkimlərin baxışından sonra ambulator müalicəyə buraxılıb”, - polis əlavə edib.

Qeyd olunur ki, Azərbaycan vətəndaşı saxlanılıb, hadisənin təfərrüatları araşdırılır.

İyunun 3-dən 15-nə kimi Litvada ABŞ quru qoşunlarının iştirakı ilə “Saber Strike” ("Xəncər zərbəsi ") beynəlxalq hərbi təlimləri keçirilir. Bu günlər ərzində Litvada NATO hərbçilərinin iştirakı ilə 3 xoşagəlməz hadisə baş verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar