Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıdan Obamaya 50 metrlik məktub - Foto


ABŞ prezidentinin ən real oxşarı məktubu Papaya da göndərəcək


ABŞ prezidenti Barak Obamaya olan bənzərliyi ilə diqqət çəkən azərbaycanlı Asif Mustafayev oxşarına 50 metrlik məktub yazıb. 

Anspress-in "İhlas" agentliyinə istinadla verdiyi məlumata görə, onun məktubu qondarma erməni soyqırımı ilə bağlıdır.

Məktubun içərisində Azərbaycan və Türkiyə bayraqları da var. Bunlarla birlikdə onun uzunluğu 54 metr olub.

O, məktubunda ermənilərin türklərə qarşı yürütdüyü qaralama kampaniyasına və erməni soyqırımı iddialarına etiraz edib. O, bununla bağlı araşdırmasını kağızda əks etdirdiyini və 167 səhifəlik məktubu aprelin 26-da Obamaya göndərəcəyini deyib.

"Məktubdakı məlumatları 3 aya toplamışam. Əl yazısı ilə 25 gün ərzində yazmışam. Bu məktubda tarixçilərin araşdırmaları var. Azərbaycan vətəndaşı olaraq üzərimizə düşən tarixi faktları doğru şəkildə Obama və Papaya çatdırmaqdır.

Məktubun orijinalı özümdə qalacaq. Azərbaycan və Türkiyəyə qarşı qaralama kampaniyası aparan ölkələrə gedərək dövlət binalarının qarşısında açacağam".

A.Mustafayevin sözlərinə görə, ermənilər Azərbaycanda törətdikləri qətliamları Türkiyənin üzərinə atmağa çalışırlar.

Məktubda ermənilərin Azərbaycanda da törətdikləri qətliamlar əksini tapıb. "Papa məktubu oxusun və türk dünyasından, Türkiyədən, Azərbaycandan üzr istəsin".

Xatırladaq ki, rəssam olan A.Mustafayev Azərbaycanın Qəbələ rayonundandır. Moskvada məşhurların bənzəri müsabiqəsində 44 namizəd arasından Obamaya ən çox bənzəyən şəxs seçilib.




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar