Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı və erməni “vor-zakon”lar arasında miras davası


Rövşən Lənkəranskinin qətlindən sonra Rusiyanın kriminal aləmində pul və “vəzifə” bölgüsü üstündə mübahisələr artmağa başlayıb


Bu yaxınlarda həbsdən çıxan 48 yaşlı Eduard Asatryan Ded Xasanın mirasına iddialı olduğunu bəyan edib. O, bu istəyini 2012-ci ilə qədər Ded Xasanın “sağ əli” olması ilə əsaslandırıb.

AzVision.az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, kriminal ekspertlər hesab edirlər ki, Ded Xasanın mirasının Asatryana çatma ehtimalı azdır. Çünki ortada başqa “oyunçu”lar var və onlar nüfuzuna görə Asatryandan heç də geri qalmırlar. Odur ki, Rusiya kriminal elitasını böyük sarsıntılar gözləyir. Çelyabinskdə narkotiklərin saxlanmasına görə 3 il cəza çəkən “qanuni oğru” həbsdən çıxdıqdan sonra məsələ təkrar gündəmə gəlib. Həbsdən çıxan kimi dərhal miras iddiası onun ciddi problemləri həll etməsini ortaya qoyur. Çünki, həbsdə olanda onun oğlu, ən gənc “qanuni oğru” kimi tanınan Sergey Asatryanın (Sergey Bentli) “qanuni oğru” statusu əlindən alınıb.



Digər tərəfdən Edikin həbsdən azad olması erməni “qanuni oğru”nun yolunda ciddi problem yarada bilər. Gürcü Edik 3 avqust tarixində həbsdən çıxıb. Məlumata görə, o Dağıstana yeni pasport almaq üçün gedib. O, bir müddət əvvələdək ən nüfuzlu “oğru” hesab edilirdi. Bundan sonra onun hansı işlərə məşğul olacağı da məlum deyil. 

Bəziləri hesab edir ki, Eduard Asatryan Ded Xasanın yanında olmayıb. O, çox zaman Usoyanın “siyasəti”nə qarşı çıxan nadir şəxslərdən biri olub. Zaman-zaman Tariel Oniani, Merab Cvanqveladze, Bədri Koquaşvili kimi "oğru"ların şifahi olaraq “statusları”nın əlindən alınması ilə bağlı qərarlara qarşı olub. Ded Xasan həbs edildikdən sonra isə “Böyük” Asatryan təşəbbüsü ələ almağa çalışıb və mübarizədə Piquç, Voksres, Miron kimi “oğru”larla qarşı-qarşıya gəlib.



Xasanın ölümüdən sonra əsas məsələ “Obşak”ı əlində saxlamaq olub. Nəticədə Asatryan “qanuni oğru” Vasya Voskreslə mübarizəyə başlayıb. Narazılıqlar bundan sonra daha da böyüyüb. 

Araşdırma nəticəsində məlum olub ki, Vasya mühasibatlıqda “kritiy” işlər görüb və nəticədə “obşak”da külli miqdarda çatışmazlıq yaranıb. Bu isə Vasyaya bütün nəzarəti öz əlində keçirməyə birbaşa səbəb verib. 2014-cü ildə 2 apreldə Asatryan Vasya Voskresi görüşə çağırıb. Özü də “Köhnə fayton” restoranına. Bura təsadüfi seçilməmişdi. Ded Xasan məhz bu restorandan çıxarkən snayperlə öldürülüb. Lakin görüş istənilən kimi baş tutmayıb. Belə ki, Voskresin yerinə restorana Rusiya polisi gəlib. Asatryanla bərabər restoranda daha 7 “qanuni oğru” olub. Onlarda 3 nəfərdə - Elqoca Turkadze, Vladimir Ozerski və İlqar Əliyevdən heroin götürülüb və həbs ediliblər.



Asatryanın özü isə 4 ay sonra saxlanılaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olduğu müddətdə Kürd Şakro türmədən çıxıb. Kürd Şakronun ətrafı güclənməyə başlayıb. Belə ki, Asatryan azadlıqda olanda həbsdəki “oğru”nun mövqelərinə təsir edə bilmirdi. Hazırda kriminal aləmdə Asatryanın düşmənləri dostlarından daha çoxdur. Onların arasında Voskres, Miron, Vaqif Sülymanov (Vaqif Bakinski), Qela və Qizo Kardava qardaşları, Valeri Farizov, Qadi Kalonyan, Qoqi Piterski, Niko Dqebuadze də var. Hətta 2013-cü ildə Asatryan və oğlunun “sxodka”da döyüldüyü deyilir. 



2014-cü ilin avqustunda isə Asatryan həbs olunandan sonra azərbaycanlı "qanuni oğru" onu sındırmaq" istəyir. Həbsxanaya aparılan Asatryanı Vaqif Bakinskinin “proqon”u gözləyib. Bakinski “Edik ona aid bir sıra məsələlərə görə artıq “oğru” hesab edilməsin” deyə bildirib. Ancaq Asatryan ətrafından istifadə edərək “proqon”un imtinasına nail ola bilib. Asatryanın “oğru” statusu hələ də saxlanılır. Bütün hallarda kriminal aləmdəki mövcud vəziyyət ona Ded Xasanın mirasını almaq üçün kifayət etməyəcək. Həm də artıq onunla “maarifləndirici” söhbət aparıldığı bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar