Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı tələbə Ukraynada sərxoş türkmənlər tərəfindən döyülüb


Ukraynanın Sumı şəhərində azərbaycanlı tələbə döyülüb


 Sumı vilayəti Azərbaycanlıları Konqresinin sədri Mehriban Salmanova APA-ya bildirib ki, Sumı Aqrar Universitetinin 3-cü kurs tələbəsi, Kürdəmir rayonunda anadan olmuş Azərbaycan vətəndaşı Quliyev Tural Hətəmxan oğlu 15-20 nəfərin hücumuna məruz qalıb.

 Hadisə universitetin yataqxanası qarşısında baş verib. Türkmənlərdən ibarət 15-20 nəfərlik dəstənin üzvləri sərxoş halda yataqxananın yaşlı komendantına sataşıblar. Yaxınlıqda olan T. Quliyev onları sakitliyə dəvət edərkən hücuma məruz qalıb, dəmir alətlərlə döyülüb. Onun öldüyünü zənn edən dəstə üzvləri hadisə yerindən qaçıb.

 Xəstəxanaya çatdırılan T. Quliyevin başından müxtəlif xəsarətlər və ağır kontuziya aldığı, özünü idarəetmə imkanlarının məhdudlaşdığı məlum olub.

 M. Salmanova bildirib ki, T. Quliyev Azərbaycana gətirilib, müalicəsi üçün xeyli vəsait lazımdır. O, hadisə barədə polisə müraciət etdiklərini də bildirib: “Hadisəni törədənlərdən birini saxlasalar da, sonradan buraxdılar. Bundan sonra dəfələrlə etdiyimiz şikayətlərimizə da baxmayıblar, heç bir tədbir görülməyib”.

 Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonundan olan tələbə Məhəmməd Səfərəliyev iki gün əvvəl Ukraynada bıçaqlanaraq öldürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar