Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı tamaşaçının 14 ədəbsizliyi

PİA.AZ Kulis.az-a istinadən teatr və kinoteatrlarda Azərbaycan tamaşaçısına xas 14 məşhur ədəbsizliyi təqdim edir


1. Gecikirlər, telefon və ya alışqanla işıq sala-sala gəlib aləmi biri-birinə qatırlar.

2. Səhnədəki dialoqlara zaldan replika atırlar. Bununla bağlı bir lətifə də var. Mərhum aktyor Səməndər Rzayev rol icabı səhnədən yüksək səslə deyir: “Mənə at verin, at!” Zaldan kimsə söz atır: “Eşşək olar?” Səməndər Rzayev hazırcavab tərpənir: “Olar, buyur, gəl!”

 
3. Telefonun səsini almayanlar. Üstəlik, zəng və mesaj qəbul edənlər.

4. Zala tez-tez girib-çıxanlar. Sanki vacib işləri var, teatra elə-belə vaxt öldürməyə gəliblər. Və hərdən bu əsas işdən ötrü girib-çıxırlar, harasa zəng edirlər.

5. İntim səhnələrə kobud reaksiya verənlər. Peşmançılıq olar öpüş və ya başqa isti səhnələr göstərilsə. Adamlıqdan elə çıxarlar ki, dönmələri çətin olar.


6. Saqqızı kreslolara yapışdıranlar. Bu, artıq sözün bitdiyi yerdir.

7. Lazımsız və lüzumsuz alqışlar. Səhnədəkiləri həvəsləndirmək yaxşıdır, ancaq bu, yersiz olanda əks effekt verir.


8. Bərkdən gülənlər. Bəzən o səviyyədə ki, tamaşaçılar dönüb o adama baxmalı olur.


9. Pop-kornu yerə dağıdanlar... Təbii ki, daha çox kinoteatrlarda və ya kiçik sinema zallarında baş verir. Mümkünsə, bir az səliqəli olun. İşıqlar sönsə də siz mədəniyyət ocağındasınız. Qaranlıqdan sui-istifadə etməyin.

10. Tamaşa və film gedə-gedə danışanlar. Mədəniyyət ocağında qeyri-etik davranışın bəlkə də ən eybəcəri budur. Çünki məhz o an, o dəqiqə insanlara mane olur, onları incidir, seyrçi haqlarını pozur.

11. Telefonla oynayanlar. Bu, digər hərəkətlərə müqayisədə bir az yüngül hesab oluna bilər. Amma yenə də! Konsentrasiyanı pozur, işığı yaxında oturanlara mane olur. Telefonla oynayacaqdınızsa, bura nəyə gəlirdiniz? Yaxud, tamaşa-film maraqsızdırsa, çıxıb gedə bilərsiniz.  

12. Axsam tamaşasına uşaqla gələnlər. Kukla Teatrı bulvarda yerləşir. Ünvanını tapmaq elə də çətin deyil.

13. Qeyrətə boğulanlar. Bunlar 5-ci bənddəkilərin əksidir. Açıq-saçıq səhnələr onları əsəbləşdirir. Bəzən gileylənir, üzünü yana çevirir, bəzən cütlük şəklində zalı nümayişkaranə tərki edirlər. Sanki teatrda, kinoda öpüşmək, bir-birə toxunmaq gözlənilməz işmiş.

14. Üst geyimlərini qarderoba verməyənlər. Qarderob barədə məşhur deyim də var: “Teatr qarderobdan başlayır”. Bu sözü həm məcazi, həm birbaşa mənada qəbul etməliyik. Qış vaxtı zalda üst geyimlərində oturmaq, hər şey bir yana, kənardan tamaşaçını çox pis göstərir. Unutmayaq, teatr da, kinoteatr da bir aləmdir və o aləmin içinə bütünlüklə adaptasiya olmaq gərəkdir.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar