Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı şairə 10 il həbs verildi


Güney Azərbyacanın tanınmış milli-mədəni fəalı, yazıçı və şair Siyamək Mirzayiyə hökm oxunub


Musavat.com xəbər verir ki, Tehrandakı Gülüstan İnqilab Məhkəməsinin qərarı ilə milli fəala 10 il həbs və 2 il sürgün cəzası verilib.

Qərara əsasən, Siyamək Mirzayi 10 il həbs cəzasını çəkdikdən sonra Xorasan əyalətinin güney bölgəsində yerləşən Təbəsdə 2 il sürgün həyatı keçirəcək.

Milli fəal ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq, separatçılıq (Güney Azərbaycan istiqlalı), pantürkizm, təşkilat yaratmaq kimi əməllərdə günahlandırılır.

Siyamək Mirzayi həmçinin Güney Azərbaycan adını istifadə etməkdə, dövlət əleyhinə məqalələr yazmaqda, Məmməd Əmin Rəsulzadə əsərlərini oxumaqda, S.C.Pişəvərini müdafiə etməkdə, İranın federal şəkildə idarə olunmasından yazmaq, dünya türklərinin birliyi düşüncəsini təbliğ etdiyi Güney Azərbaycanın siyasi-ictimai və iqtisadi problemlərini qabartmaqda, 2006-cı ildə Güney Azərbaycan milli qiyamında iştirak etməkdə, 2006-cı ildə şəhid olan milli fəalların məzarlarını ziyarət etməkdə, Babək qalası yürüşlərinə qoşulmaqda, dövlət əleyhinə çıxışlar etməkdə, tanınmış millli fəal Abbas Lisani ilə çox yaxın dostluq münasibətində olmaqda ittiham edilib. Güney Azərbaycan mənbələrində yayılan məlumata görə, məhkəmə fəalın evində tapılan kitab və kitabçaların da məhv edilməsinə qərar verib.

Xatırladaq ki, Siyamək Mirzayi ötən ilin iyulub 24-də Güney Azərbaycanın Muğan bölgəsindəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar