Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı qız Türkiyədə həbs olundu


Ədirnə şəhərində oğurluq hadisəsi baş verib


Oğurluqda adı hallananlardan biri azərbaycanlı qadındır.

Telefonla 11 yaşlı uşağı aldadaraq atasının polis bölməsinə aparıldığını söyləyib, 40 min lirə dəyərində zinət əşyaları ələ keçirənlərin məhkəməsi başlayıb. Biri qadın, 3-ü kişi olan qrup üzvləri məhkəmədə tutduqları əməldən peşman olduqlarını dilə gətiriblər.

Osman A. adlı şəxs oğruluq etmələrindən xəbərsiz olduğunu, uşaqdan alınan zinət əşyaların kiməsə çatdırmaq üçün aldıqlarını zənn etdiyini deyib. Bununla da günahsız olduğunu sübut etməyə çalışıb.

Günahlandırılan Aysel H. da oğruluq etmələrindən xəbərsiz olduğunu dilə gətirib. Onun dediyinə görə, zinət əşyaların itməməsi üçün alt paltarında gizlədib: “Polislər bizi saxlayanda, qaçmaq imkanımız olmadı. Mən heç avtomobildən düşməmişdim. Sürücülük vəsiqəsinin olmaması, ya da sürət həddini aşdığımız üçün saxlanıldığımızı düşündüm.

Mən qızılları alt paltarımda saxladım. Osman onu mənə verərkən, əmanət olduğunu demişdi. Polisdən niyə bölməyə aparıldığımızı soruşanda, qızılları oğurladıqlarımızı dedilər. Polisin dediyindən sonra özüm qızılları çıxarıb, verdim. Azərbaycan vətəndaşıyam, yaşayış icazəsi ilə Türkiyədə qalıram. Yaxşı bir işim var, bu cür hadisəyə əl ataraq, risk etmərəm. Mənim ailəm Azərbaycanda tanınan insanlardandır. Maddi vəziyyətimiz çox yaxşıdır. Qızıllar itməsin deyə alt paltarımda gizlətdim. Onsuz da Osman məndən həmin qızılları geri alacağını bildirmişdi”. (unikal.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar