Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı qadını hədələyən türk mayor məhkəməyə verilir


Barış K. adlı mayor Aysel Novruzovanı "Mənimlə olsan azad qalacaqsan" deyə hədələyib



 Türkiyədə fahişəliklə məşğul olduğu üçün saxlanılan Azərbaycan vətəndaşını hədələyən jandarma mayoru məhkəməyə verilir. 
Jandarma katipanı Trabzonda saxlanılan 27 yaşlı Aysel Novruzovanı deportasiya etməklə hədələyərək onunla cinsi münasibətdə olduğu iddia edilir. 

Jandarma kapitanı Barış K. (39) və gənc qadını onunla olmağa vadar edən çavuş Mahmut Ö. (44) haqqında 15 il azadlıqdan məhrumetmə tələbi ilə məhkəməyə müraciət edilib. 

Məlumata görə, A.Novruzova Barış K.-nın "mənimlə olsan sərbəst qalacaqsan" təklifini qəbul edib. Lakin onun sonsuz istəklərindən bezən qadın hədə-qorxunu telefona yazaraq qaldığı otelin sahibinə verib. Otel sahibi isə səsyazılarını prokuroroluğa təhvil verib. Bundan sonra Jandarma əməkdaşları haqqında yoxlamalar başlanılıb. 

İddianaməyə görə, qadın Mahmut Ö. ilə telefon danışıqlarında qorxuduğunu, başına bir iş gələcəyini və Barış K.-nin onu yenidən saxlayacağından ehtiyat etdiyini deyir. Yüzbaşı isə ona "Qorxma get. Telefona cavab verməsən qorx" deyir. 

Ən maraqlısı isə odur ki, 39 yaşlı Barış K. bu hadisədən sonra daha yüksək rütbə alaraq mayor olub. O da öz növbəsində kariyerası, psixologiyası və ailəsinə ziyan dəydiyi üçün məhkəməyə müraciət edib. Jandarma əməkdaşı xəbəri yayan KİV-dən 300 min lira (təqribən 110 min manat) təzminat tələb edir.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar