Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı professor yazıçıların beynəlxalq forumunda


Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı yanvarın 19-dan 22-dək Cənubi Koreyanın Seul və Pyeongchang şəhərlərində keçirilən Dünya Yazıçılarının Beynəlxalq Humanitar Forumunda iştirak edib


Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyi, Seul Milli Universiteti və Starfield kitabxanasının birgə təşkil etdiyi forum “Yeni nəsil yazıçılar təbiət, həyat və barışla dolu dünya uğrunda” adı altında keçirilib. Forumda beş bölmə – bölücülük və konflikt, yoxsulluq, dil və mədəniyyət müxtəlifliyi, təbiət və ekologiya, gender problemi çərçivəsində məruzələr söylənilib. Müzakirələrdə ölkənin nüfuzlu mətbuat orqanlarının təmsilçiləri iştirak edib.

BDU-dan bildiriblər ki, dünyanın 25 ölkəsindən 200-dək yazıçı, şair və dramaturqun qatıldığı konfransda Azərbaycanı təmsil edən Vaqif Sultanlı “Müasir dünyada sülh və yazıçının missiyası” (“Peace in the modern World and Writers’ mission) mövzusunda məruzə ilə çıxış edib. Forumda oxunan məruzələr Koreya və ingilis dillərində kitab halında nəşr olunub.

Tədbirin sonuncu günü Cənubi Koreya ilə Şimali Koreyanı ayıran qapalı sərhəd bölgəsinə səfər edən forum iştirakçılarına İkinci Dünya müharibəsindən sonra ikiyə bölünmüş ölkənin tarixi ilə bağlı sənədli film nümayiş etdirilib.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar