Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı polisi meşədə öldürdü


Mayın 27-də axşam Moskva Dairəvi Avtomobil Yolunun 25-ci kilometrliyində polis serjantını qətlə yetirən Azərbaycan vətəndaşı axtarışa verilib


PİA.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, Moskva polisinin mühafizə idarəsinin əməkdaşı olan serjant Andrey Bannov dairəvi yolda hərəkət edən şübhəli avtomobili saxlamağa cəhd edərkən qətlə yetirilib.

Qatilin kimliyini onun avtomobildə atıb qaçdığı mobil telefonla müəyyən etmək mümkün olub.

Xəbərə görə, serjant həmkarları ilə birlikdə şübhəli maşını görərək onu təqib etməyə başlayıb. Sürücü dayanmaq tələbinə məhəl qoymayıb, patrul polisi maşını saxlamaq üçün yolu bağlayıb. Bu zaman maşında olan şəxslər düşərək yolun kənarındakı meşəyə qaçıblar.

Bannov onların dalınca qaçıb, bu zaman şübhəlilərlə polis arasında əlbəyaxa dava başlayıb. Onlardan biri bıçağı çıxararaq polis serjantını vurub. Serjant aldığı xəsarətlərdən yerində keçinib.

Hadisədən dərhal sonra Moskva polisinə həyəcan siqnalı verilib, cinayətkarın axtarışı başlayıb. Polis şübhəli “QAZel” avtomobilinin sahibinin kimliyini müəyyən edib və onun avtomobil bazasına baxış keçirib. Məlum olub ki, onun adına daha 5 avtomobil qeydiyyatdadır. Şübhəli “QAZel” isə mağazadan oğurluq zamanı videomüşahidə kameralarına düşüb.

Hazırda serjantı qətlə yetirən Azərbaycan vətəndaşının axtarışına Moskva polisinin əsas qüvvələri cəlb edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar