Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı oliqarxın yaxtası dünyada birinci yerə çıxdı


Monakoda keçirilən ənənəvi yaxta şou-sərgisi “Monaco Yacht Show”-da azərbaycanlı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun yaxtası dünyanın ən yaxşı yaxtası adına layiq görülüb


Virtualaz.org “Forbes” jurnalının rus versiyasına istinadən xəbər verir ki, “Galactica Super Nova” adlı 70 metrlik yaxta ən yaxşı yeni yaxta və ən yaxşı dizayn kateqoriyalarında tamaşaçıların ən çox simpatiyasını qazanaraq birinci yerə çıxıb.

 Bu, dünyada korpusu alüminiumdan hazırlanmış ən böyük yaxtadır.

Yaxta Hollandiyanın “Heesen” tərsanəsində cəmi 41 aya yığılıb və bu il milyarderə təqdim olunub. Yaxta-şouda Ələkbərovun yaxtası 13 yaxta arasından birinci seçilib. “Hesab etmirəm ki, ən yaxşı yeni yaxta mükafatını “Galactica Super Nova”nın qazanması kimlərisə təəcübləndirdi. Yaxtanın dizayneri Espen Oenio hazırda dünya yaxta dizaynı üzrə ən yaxşı mütəxəssisdir və onun layihələri həmişə uğur qazanır”-“YachtHarbur”un əsasını qoyan Dmitri Semenixin “Forbes”ə bildirib.



Onun sözlərinə görə, Heesen tərsanəsi özünün ən yüksək tikinti keyfiyyəti və texniki innovasiyaları ilə fərqlənir. Ələkbərovun yaxtası ölçülərinin böyük olmasına baxmayaraq saatda 30 uzl sürətlə hərəkət edir.

Monako yaxta-şousu bu gün işə başlayıb və oktyabrın 1-nə qədər davam edəcək. Mərasimdə dünyanın bir çox məşhurlarının və milyarder-oliqarxların yaxtaları iştirak edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar