Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı oliqarx Bodrumda ərazi aldı



Azərbaycanlı oliqarx Türkiyənin Bodrum bölgəsində dövlət mülkiyyətində olan 400 min kvadratmetrlik ərazinin satışına dair keçirilən tenderin qalibi olub


PİA.AZ virtulaz.org saytına istinadən xəbər verir ki, Başbakanlıq Özəlləşdirmə İdarəsi tərəfindən keçirilən tenderdə prezident Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri ilə ortaq gəmiçilik biznesinə malik olan milyarder Mübariz Mənsimovun şirkəti ən yüksək qiymət təklif edib. Nəticədə Bodrumun Tülkücük səmtində yaxta limanı, turizm təsisləri və villa inşaatı üçün ayrılan ərazinin sahibi “Palmali Group Company” olub. Mənsimov ərazini almaq üçün 370 milyon TL (təxminən  150 milyon dollar) +ƏDV ödəyib.

Tenderə cəmi dörd şirkət qatılıb. İlk turda ərazi üçün təklif edilən ən yüksək qiymət 320 milyon TL olub. Son turda ərazi ilk turun qalibi olan şirkətlər arasında hərrac yolu ilə satılıb və ən yüksək təklifi “Palmali” verib.

Tenderin nəticələrinin elan edilməsindən sonra “Palmarina” şirkətinin (“Palmali Group”a daxildir) idarə heyətinin sədr müavini Tolqa Ağar deyib ki, ərazidə ətraf mühit müdafiəçilərinin həssaslığı nəzərə alınaraq liman inşa edilməyəcək, ancaq villa və otellər tikiləcək. Tolqa Ağar xatırladıb ki, “Palmali” şirkəti artıq Bodrumda yaxta limanı işlədir, yeni alınan ərazi liman inşası üçün nəzərdə tutulsa da onlar turizm təsislərinə üstünlük verəcəklər. Bu zaman Bodrumun memarlıq üslubuna və ətraf mühitə xələl gətirməyəcəklər.

Xatırladaq ki, Ərdoğanın oğlu Bilal Ərdoğanın və digər ailə üzvlərinin təsis etdiyi gəmiçilik şirkəti ilə Mənsimovun arasında sıx ortaqlıq var. Bu ortaqlıq sayəsində Mənsimovun şirkəti tərəfindən inşa edilən neft tankerləri Bilal Ərdoğanın Maltada qeydiyyatdan keçmiş şirkətinə satılır. Daha sonra “Palmali” neft daşımaq üçün həmin tankerləri icarəyə götürür. Türkiyə mətbuatı bu işbirliyini şübhəli hesab edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar