Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı oliqarx Batumidə ermənilərin iştirakı ilə qumar biznesini müzakirə edir


Gürcüstanın Batumi şəhərinin “Radisson Blu” otelində Acarıstan Muxtar Respublikasında oyun biznesinə investisiya qoyuluşlarına həsr edilmiş “Casino İnvestors Day” konfransı işə başlayıb.


Virtualaz.org saytı xəbər verir ki, konfransda Gürcüstan, Türkiyə, Ermənistan, Rusiya, Britaniya, Azərbaycan və Ukraynadan olan biznesmenlər iştirak edir.

İştirakçılar investisiya şirkətlərinin nümayəndələri, kazino operatorları, oyun avadanlıqlarının istehsalçıları və distributorları iştirak edirlər.

Bunlar “ADO-G Group”, “Metro Atlas”, “Rixos Tbilisi”, “Orbi Group”, “Gambee”, “PlayTech”, “BetConstruct” (Ermənistan), “EveryMatrix” (Ermənistan), “Trio Group”, “Rub90”, EGT, “AdjaraBet”, “Lider Bet”, “Casino İveria”, “Casino Peace”, “Leogrand”, “Storm İnternational B.V.”, “Casino Campione”, “Casinos Austria İnternational” və “UbGaming” şirkətləridir.

Konfransın birinci blokunda hakimiyyət nümayəndələri çıxış edib və oyun biznesinə dair hüquqi normalar, vergi tətbiqi, oyun turizminin inkişafı, Gürcüstanda bu sahəyə investisiya qoyuluşları barədə məlumat verilib. Daha sonra biznesmenlərin çıxışı başlayıb.

Konfransda Azərbaycandan iştirak edən “ADO-G Group” şirkəti qalmaqallı iş adamı, Tovuzun “Turan” futbol klubunun keçmiş sahibi Musa Süleymanova məxsusdur. Həmin Musa Süleymanova ki, o, Batumi şəhərində “kubik-rubik” formasında kazino-otel tikir.

Musa Süleymanov həmin oteli İsveçrənin “Swiss-Belhotel İnternational” otel brendi ilə françayzinq müqaviləsi əsasında tikir. Otel “Grand Swiss-Belhotel Batumi” adı altında fəaliyyət göstərəcək. Oteldə 1000 kvadratmetr sahəyə malik kazino, 300 kvadratmetrlik konfrans zalı, 4 kafe və restoran, o cümlədən otelin 30-cu mərtəbəsində yerləşən və Qara dəniz mənzərəli penthaus-restoran, SPA-mərkəz fəaliyyət göstərəcək.

Otelin açılışı 2016-cı ilə planlaşdırılır. Lakin Gürcüsan mətbuatı bir müddət əvvəl yazmışdı ki, azərbaycanlı investorun işləri yaxşı getmir və otelin tikintisi katlavan mərhələsindən o yana keçməyib.

“ADO-G” şirkətlər qrupu 1998-ci ildə Bakıda qeydiyyatdan keçib, şirkətin əsasını qoyan Musa Süleymanovdur. Şirkət Azərbaycanın neft-qaz sferasında logistika və podratçı xidmətlər göstərməklə məşğuldur. Biznesə SOCAR, “McDermot Caspian Construction”, “Nobel Oil”, “Salyan Oil”, “Gobustan Operating” və digər şirkətlərə neft avadanlıqlarının satışı ilə başlayıb.

M.Süleymanov tikinti biznesinə də girib, yollarn tikintisinə dair tenderləri qazanıb, yaşayış binalarının tikintisi ilə məşğul olur.

Bu günlərdə “Yeni Müsavat” qəzeti yazıb ki, oliqarxın Azərbaycan Beynəlxalq Bankına 100 milyon dollara yaxın kredit borcu var və Musa Süleymanov həmin borcları qaytara bilmədiyini görərək ölkəni tərk edib.

Xatırladaq ki, Tiflisdəki iri kazinolardan birinin operatoru olan “Storm İnternational B.V.” şirkətinin nümayəndəsi Lavrenti Qubin Gürcüstan kazinolarının əsas gəlir mənbəyinin Azərbaycandan olan müştərilər olduğunu deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar