Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı müğənninin həbsxanadakı əri azadlığa buraxıldı


Müğənni Zenfira İbrahimovanın idmançı əri Anar Heydərov azadlığa buraxılıb


Axşam.az xəbər verir ki, ifaçının həyat yoldaşı bu gün həbsdən azad edilib. Azadlığa çıxan Anar həbs edilməsinə görə onu qınayanların cavabını belə verib:

"Mənim bu həyatda başıma çox işlər gəlib. Heç də pis olmadım. Qanun hər birimiz üçün keçərlidir. Mən də Azərbaycanın bir oğluyam və elədiyim səhvə görə cəzamı çəkdim. Sosial şəbəkələrdə haqqımda çox rəy yazanlar oldu. Gördüm ki, həbs edilməyim çoxlarının ürəyindən olub. Sadəcə deyirəm ki, Allahınız bilsin. Allah hər sevdiyi bəndəsini sınağa çəkər və gözünü açar. Siz məni sevməsəniz də olar".

Xatırladaq ki, A.Heydərov iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikleti ilə Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq, hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər.

Onun sürücülük vəsiqəsində motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə qərarı ilə A.Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Ən çox oxunanalar