Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı müğənni həmkarının ərinə görə cərimələnib


Müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumrala qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb


Məhkəmə Təranə Qumralı şikayətçilərin şərəf və ləyaqətini təhqir etməkdə, böhtan atmaqda və onların işgüzar nüfuzuna xələl gətirməkdə təqsirli bilib.
 
Vəkili Adəm Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, qərara görə, T.Qumral qarşı tərəfə 3 min manat təzminat ödəməli, həmçinin efirdə onlardan üzr istəməlidir:
 
“O, qərardan narazı qalıb və Apellyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə müraciət edib. Lakin, qərar yenə dəyişməyib.
Qərarın icrasını yerinə yetirmək Təranə Qumralın qeydiyyatda olduğu Nərimanov Rayon İcra şöbəsinə tapşırılıb.
 
Əgər məhkəmənin qərarı yerinə yetirilməzsə, Təranə Qumral inzibati məsuliyyətə, həm də cinayət məsuliyyətinə cəlb olunacaq. İnzibati məsuliyyətə cəlb olunsa 500 manatdan 1000 manata qədər cərimə olunacaq. Bir aya qədər də inzibati həbs oluna bilər. Əgər həbsdən sonra da cəriməni ödəməsə və üzr istəməsə icra məmurları tərəfindən istintaq idarəsinə təqdimat veriləcək. Belə olan halda müğənnini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə 5 il həbs gözləyir”.
 
Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı:
“Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”.(axsam.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar