Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı milyonçunun Əsədlə şok əlaqəsi

Azərbaycanlı milyonçunun Əsədlə şok əlaqəsi: 2009-cu ildə Azərbaycana...


ABŞ-da həbsdə saxlanılan Azərbaycan əsilli biznesmen Rza Zərrab neft pullarını İran İslam İnqilabı Keçikçilər Korpusunun (SEPAH) üzərindən Suriya rəhbərliyinə köçürüb
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə biznesmenin istintaqını aparan prokuror Pret Bharara çıxış edib.
 
Bhararanın hazırladığı sənəddə SEPAH-ın İranın ticarət fəaliyyətinə təsiri olduğu və Yaxın Şərqdə terrorizmə maliyyə dəstəyi verdiyi xatırladılıb. Sənəddə ABŞ Dövlət Departamentinin 2013-cü ildə hazırladığı hesabata istinadən SEPAH-ın Suriyada Bəşər Əsədə kömək üçün zabitlərini bu ölkəyə göndərdiyi, bununla da qlobal sabitliyi təhdid etdiyi bildirilir. Sənəddə Rza Zərrabın İranın “Bank Mellat” və “Bank Karafarin” kimi maliyyə təşkilatları ilə əlaqələrinə diqqət çəkilir və biznesmenin Bəşər Əsədi daha çox silahla təmin etmək üçün SEPAH-a milyonlarla dollar qazanmağa kömək etdiyi iddia olunur.
 
Sənəddə diqqət çəkən bir başqa məqam isə Zərrabın səlahiyyətlilərə verdiyi ifadədə beynəlxalq səfərlər və sərvəti barədə məlumatların tam şəkildə vermədiyinin göstərilməsidir.  Zərrabın son 10 ildə tətil üçün getdiyi yerlər olaraq London, Çin, Sinqapur və Tailand göstərilsə də, Rusiya (2007-2010-cu illər), Azərbaycan (2009), Səudiyyə Ərəbistanı (2013 və 2015-ci illər), Misir (2014) və Livana (2015) səfərlərinin gizlədildiyi bildirilir.
 
Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Menxettin ştatındakı "Metropoliten" həbsxanasında saxlanılır. O İrana qarşı tətbiq olunan sanksiyaları pozmaqda, bank saxtakarlığına yol verməkdə, çirkli pulların yuyulmasında ittiham olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar