Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı milyarderlər pulları bitkoinə çevirib Çinə ötürür

Rusiyanın Mərkəzi Bankı bu günlərdə elan edib ki, Moskvanın iri topdansatış ticarət mərkəzləri kriptovalyuta ticarətini stimulyasiya edir


Mərkəzi Bank bildirir ki, bu yolla kölgə sxemləri qurulur.

Belə ki, “Moskva” ticarət mərkəzi, “Sadovod” ticarət kompleksi, “Food City” topdansatış ərzaq bazası faktiki olaraq kriptovalyuta alışı üzrə liderlərə çevriliblər. Hər üç ticarət mərkəzi Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyevə, habelə onların ortaqları İlham Rəhimova məxsusdur. Bu ilin fevralında Rəhimov Moskvadakı aktivlərini ABŞ-ın mümkün sanksiyalarından sığortalamaq üçün kürəkəni Araz Mehdiyevin adına keçirib.

Rusiya Mərkəzi Bankının maliyyə monitorinqi və valyuta nəzarəti departamentinin direktoru Yuri Polupanov “Thomson Reuters” forumunda bildirib ki, həmin bazarların operatorlarının 90 faizi Çin istehsalçıları və ticarətçiləridir. Onun sözlərinə görə, bu üç ticarət mərkəzinin aylıq qeyri-leqal dövriyyəsi 600 milyard rubl (təxminən 10 milyard dollar) təşkil edir. Mərkəzi Bank həmin pulların Rusiyada bank hesablarına köçürülməsini qeydə almır, çünki yığılan pulların böyük hissəsi kriptovalyutaya çevrilir, daha sonra Çində nəğdləşdirilir.

“Biz kriptovalyutanın elektron poçtla həmin ticarətçilərin və istehsalçıların vətəninə anidən göndərilməsini müşahidə edirik, sonradan isə həmin pullar Çində yerli valyutaya çevrilir”-Polupanov deyib.



Moskvanın topdansatış bazarlarının kütləvi şəkildə kriptovalyuta alması bu ilin martında İCO Bank-ın sahibi Mixail Juxovitskinin Facebook statusundan sonra aktuallaşıb. O yazıb ki, Lyublinodakı “Moskva” ticarət mərkəzində ticarətçilər “boz hesablaşmalar” üçün bitkoin alır.

Lakin həmin bazarların işinə bələd olan mənbə Polupanovun dediklərini “tam sayıqlama” adlandırıb. Mənbə “Forbes”ə bildirib ki, “Food City” topdansatış bazasında ümumiyyətlə çinlilər yoxdur. Doğrudur, bazarda nəğd dövriyyə var, amma bu qanunla qadağan edilməyib.

Rusiya kriptovalyuta və blokçeyn Assosiasiyasının təsisçisi Aleksandr Treşşov isə deyib ki, Moskva topdansatış bazarlarının bitkoin almasını istisna etmir. Lakin bu, Mərkəzi Bank nümayəndəsinin dediyi həcmdə ola bilməz. Çünki bitkoin alışı üzrə tranzaksiya və onun Honkonqda satışı azı 15 faizə başa gəlir. Bu isə ticarətçilərə sərf etməz. “Mənə elə gəlir ki, Mərkəzi Bank doğrudan topdansatış bazarlarında bitkoin alışı üzrə nəsə sxem aşkarlayıb, ancaq bunun həcmi çətin ki, ayda 100 milyon dollara belə çatsın”- o deyib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar