Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı məmur Türkiyədə 5 milyona sayt aldı - Müəmmalı satışın pərdəarxası

Azərbaycanlı vəzifəli şəxslərdən biri Türkiyədə internet saytı satın alıb


Özəl məlumata görə, söhbət “Denizhaber.com.tr” domeni altında fəaliyyət göstərən “Deniz Haber Ajansı”ndan gedir.

Maraqlıdır ki, həmin vəzifəli məmur sözügedən saytı satın almaq üçün 5 milyon lirə ödəyib.

O, fantastik məbləği ödəməklə ajansın hissələrinin 50 faizinə sahib çıxıb.

Məsələ burasındadır ki, bu məqam qardaş ölkənin media kulislərində ciddi müzakirəyə çevrilib. İş burasındadır ki, “Denizhaber.com.tr” spesifik, sırf dənizçiliklə bağlı xəbər saytı olduğundan məhdud izləyici çevrəsi var. Yəni, həmin məbləğə bu saytdan daha effektiv media qurumu qurmaq və ya satın almaq olardı. Amma nədənsə bu media qurumuna üstünlük verilib.

Ancaq “dananın quyruğu” sayt satın alındıqdan sonra özünü göstərməkdə gecikməyib.

Belə ki, sözügedən agentlik satın alındıqdan sonra, media qurumunda “Palmali Şirkətlər Qrupu”nun əleyhinə xəbərlər yazılmağa başlayıb. Heç bir fakta söykənməyən və məhkəmə qərarı ilə qaldırılan xəbərlər Azərbaycanda bəzi saytların tirajlanması üçün nəzərdə tutulub.

Qeyd edək ki, sayt azərbaycanlı məmura satılana qədər “Palmali”yə mükafat verib, şirkət əleyhinə yazıları sərt sözlərlə yalanlayırdı. Hətta bir neçə ay öncə Mübariz Mənsimov bu saytın keçirdiyi ödül törənində ilin tanker dənizçisi seçilib və mükafatı şəxsən alıb. Saytın arxivində kiçik araşdırma apardıqda, sahibi Rəcəb Canpolatın mövqeyini 180 dərəcə dəyişməsi insanı heyrətə salır. Bir il öncəyə qədər Mübariz Mənsimov əleyhinə yazanları “etibar suiqəsdçiləri” adlandıran sayt indi onların yolunu davam etdirir.

Xatırladaq ki, son günlər “Palmali” əleyhinə media müharibəsi başlayıb. İddialara görə, Türkiyədəki saytın 5 milyon lirəyə satın alınması da bu müharibənin bir parçasıdır. Hər halda görünən dağın bələdçiyə ehtiyacı yoxdur.Yenicag.az

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar