Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı jurnalist “CNN Türk“ün qərəzli münasibətindən danışdı



“CNN Türk böyük pullar qaşılığında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında iştirak edir”


Bu sözləri Türkiyənin “Can Anadolu” agentliyinə açıqlamasında “Azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov söyləyib. Ə.Ağalarov açıqlamasında son zamanlar “CNN Türk”ün Azərbaycana qarşı olan qərəzli münasibətinin birbaşa Azərbaycana qarşı başladılan provakasiyanın tərkib hissəsi olduğunu bildirib:

“İki ölkə arasında olan dostluq, qardaşlıq münasibətlərini ləkələmək üçün müxtəlif mediya qruluşları tərəfindən nifah toxumları əkilməyə çalışılır. Bu bir gerçəklikdir ki, bu gün Türkiyədə bəzi KİV-lər Azərbaycana qarşı cəphə halını alıb, ölkəmizə qarşı qarayaxma kompaniyasına başlayıblar. Bu qarayaxma kompaniyasını təbliğ edən mediya quruluşlarından ən başda gedəni isə “CNN Türk” televiziyasıdır”.

Jurnalist açıqlamasında sonuncu dəfə kanalın ermənilərə məxsus Mİ-24 hərbi helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsi ilə bağlı verdiyi xəbər sujetində, Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edərək Azərbaycanın apardığı haqlı mübarizəni ləkələməyə çalışdığını qeyd edib:

“Bu xəbəri təkzib edən kanal indi isə Azərbaycan Dövlət Başçısı İlham Əliyev haqqında mənfi fikirlər səsləndirir və Azərbaycanı Türkiyə cəmiyyətinə yanlış təqdim etməyə çalışır. Təbii ki, bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığına mənfi təsir göstərməyə hesablanıb”.

Jurnalist açıqlamasında bu gün Türkiyə və Azərbaycan arasında olan münasibətin dünyanın bir çox ölkələrinə örnək olmalı olduğunu da dilə gətirib:

“Türkiyə-Azərbaycan qardaşlığını zədələmək istəyənlərə fürsət verilməməlidir. Bu gün iki ölkə arasında olan siyasi, mədəni, iqtisadi tərəfdaşlıq dünyaya örnəg olacaq səviyyədədir və hər iki ölkənin mətbuatı arasında bu səviyyədə münasibətlərin qurulmasının zamanı gəlib”. (azxəbər.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar