Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı iş adamının həbsində Rusiya izi


Rusiyanın azərbaycanlı iş adamı Rza Zərrabın rüşvət verməsi və qaçaqçılıqla məşğul olması barədə Türkiyəyə xəbərdarlıq etdiyi məlum olub


Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında Rza Zarrabın sürücüsünün də olduğu 14 nəfərin bu il dekabrın 14-ü  Rusiyaya çamadanlarda pul daşıyarkən İstanbul Atatürk Hava Limanında polis tərəfindən saxlanılmasından sonra rus polis orqanları "qara pul" istintaqına başlayıb.

Qaçaqçılığın Türkiyədən başladığını təyin edən Rusiya bu vəziyyəti diplomatik yollarla Türkiyəyə çatdırıb. İddiaya görə, azərbaycanlı iş adamı və ətrafındakılarını izləməyə başlayan polis iş adamının bir çox hadisələrlə əlaqədar olaraq məmurlara rüşvət payladığını, qurulan "rüşvət çarxı" sayəsində qızıl, qida və müxtəlif məhsulları ixrac etdiyi məlum olub.

Zərrabla əlaqədar digər iddia isə 1,5 ton qızılın icazəsiz xaricə çıxarması ilə bağlıdır. Məlumata görə, Zərrab ixracat və qaçaqçılıq işləriylə əlaqədar olaraq "on milyonlarla" dollar rüşvət paylayıb və bəzi şəxsləri türk vətəndaşlığına keçirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar