Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı iş adamının evini qarət edib yandırıblar - Ukraynada


Ukraynanın Donetsk vilayətinin Krasnoarmeysk şəhərində azərbaycanlı iş adamı Rəşid Bəhmən oğlu Əliyevin evinə silahlı hücum olub


Basqınçılar onun ailə üzvlərini ölümcül döyüb, evi isə talan edərək yandırıblar

Əslən Azərbaycanın Masallı rayonundan olan, Ukrayna vətəndaşı R. Əliyev APA-ya açıqlamasında bildirib ki, ötən həftənin şənbə günü səhər saatlarında o evdən çıxan kimi maskalı və silahlı 4 nəfər evə basqın edib. R. Əliyevin həyat yoldaşı və qızı ölümcül döyülüb, ağır kəllə-beyin travması alıblar.

Maskalılar daha sonra evi talan edərək, 14 min dollar və təxminən 50 min dollar dəyərində qızıl-zinət əşyalarını götürüb, evə od vurublar.

Hazırda ağır yaralı vəziyyətdə olan ailə üzvlərini Azərbaycana göndərən R. Əliyev bildirib ki, hadisə hazırda şəhər milisi tərəfindən araşdırılır. Şəhərin Azərbaycanlılar Cəmiyyəti isə bununla bağlı Ukrayna Baş Prokurorluğuna müraciət edib. R. Əliyev bir müddət əvvəl azərbaycanlıların təmsil olunduğu cəmiyyətin rəhbəri olub.

Qeyd edək ki, Donetsk vilayətinin Krasnoarmeysk şəhəri aktiv hərbi əməliyyatların getdiyi ərazidə yerləşmir, Ukrayna hakimiyyətinin nəzarətindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar