Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı iş adamı keçmiş həyat yoldaşına yarım milyardı verməkdən imtina etdi


Xəbər verdiyimiz kimi, London məhkəməsi Azərbaycan əsilli rusiyalı milyarder, "Nortqaz" şirkətinin eks-sahibi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu qərarını verib


PİA.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, 61 yaşlı iş adamı "RBK"ya açıqlamasında məhkəmənin hökmünü tanımadığını və ona əməl etmək niyyətində olmadığını bildirib.

"Britaniya məhkəmələri həmişə varlı kişilərin arvadlarının tərəfindədir. Məqsəd isə o kişilərin eks-həyat yoldaşlarının əldə etdikləri pulu İngiltərəyə, ölkə iqtisadiyyatına xərclətməkdir. Müvafiq hökm yalnız Britaniya ərazisində tətbiq edilir ki, ora ilə də mənim uzun zamandır ki, əlaqəm yoxdur. Mən İngiltərə vətəndaşı deyiləm",- deyə F. Əhmədov söyləyib.

Qeyd edək ki, London məhkəməsi 2016-cı il dekabrın 15-də Tatyana Əhmədovanın xeyrinə qərar verib, lakin bu qərar bu il mayın 11-də dərc olunub və qüvvəyə minib. Bu barədə məhkəmənin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini eks-arvadı və onun vəkilləri tərəfindən "Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı" kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb. 

London məhkəməsinin qərarına əsasən, Tatyana Əhmədovaya ödənilməli olan təzminatın siyahısına Fransa və Londondakı daşınmaz əmlak, 350 min dollar dəyərindəki "Aston Martin" avtomobili, 90,5 milyon dollar məbləğindəki müasir incəsənət əsərlərinin kolleksiyası, eləcə də 5 ədəd "Holland and Holland" tüfəngi daxildir.

Bildirək ki, 1993-cü ildə ailə quran cütlük Londonda özlərinə ev alıb, daha sonra onların ilk oğlu olub (ikinci oğulları 3 il sonra dünyaya gəlib).

Fərhad Əhmədov bu il "Rusiyanın ən varlı 200 biznesmeni" siyahısında 67-ci yerdə qərarlaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar