Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı illüziyaçını kobra ilanı vurdu

Cənubi Azərbaycandan olan tanınmış illüziyaçı Aref Qafurini Türkiyədə kobra ilanı sancıb


Təhlükəli zəhərə qarşı zərdab vurulması üçün Misirə aparılmalı olan sehrbaz saatlarla hava limanında gözləsə də, viza ilə bağlı prosedurlar tamamlanmayıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, illüziyaçının sağalması üçün 8-12 saat müddətində ilan zəhəri əleyhinə olan zərdab vurulması lazımdır. Apron Jet Havacıkdan kirayələnən təyyarə Antalya hava limanında hazır vəziyyətdə viza işlərinin tamamlanmasını gözləyir. Lakin prosedurlar ləngidiyindən o, yenidən xəstəxanaya qaytarılıb.

Mənbənin yazdığına görə, yanından ayrılmayan köməkçisinə “Bir neçə saatım var. Ölməyimi gözləyirlər? Niyə viza vermirlər?” deyə sual edir. İlanın zəhəri tam olaraq təsirini göstərməsə də, Arefin sözlərinə görə, artıq bədəninin bəzi hissələrində keyimələr əmələ gəlib.

Məsələ ilə bağlı Türkiyənin Qahirədəki səfirliyində də müəyyən addımlar atılmağa başlanılıb.

Məlumat üçün bildirək ki, Aref Qafouri 1989-cu ildə İranın Urmiya şəhərində doğulub. Azərbaycan türküdür. 18 yaşında Türkiyəyə gəlib və İstanbulda təhsil almağa başlayıb. Hazırda Ankarada yaşayan sehrbaz Türkiyənin məşhur “Yetenek sizsiniz” proqramından tanınıb. 2011-ci ildə “Dünyanın ən ekstrim sehrbazı” mükafatına layiq görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar