Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı idmançı Tailandda dünya çempionu oldu


Azərbaycanlı idmançı Cabbar Mustafayev dünya çempionu olub


Muay Tay döyüş növünün WMF növü üzrə Tailandda keçirilən dünya çempionatında Cabbar 4 görüş keçirib.

Qafqazinfo” xəbər verir ki, Mustafayev 63.5 kq çəki dərəcəsində ilk görüşünü Braziliyalı ilə qarşılaşıb.. Rəqibinə qalib gələn Cabbar ¼ finalda filippinli rəqibini də məğlub edib.

Yarımfinalda isə Cabbarın rəqibi Bolqar Muay Tayçı olub. Rəqibinə 3:0 hesabıyla qalib gələn təmsilçimiz finala vəsiqə qazanıb. Finalda isə onun rəqibi güclü rüsiyalı döyüşcüyə qalib gələn əfqanıstanlı Muay Tayçı olub.

Cabbar finalda da qalib gələrək bu Muay Tayda bu versiya üzrə ilk dəfə ölkəmizə dünya çempionluğu qazandırıb. Artıq vətənə dönən Cabbar bu barədə saytımıza açıqlama verib:

“Tailanda getməmişdən əvvəl bu çempionata çox ciddi hazırlaşmışdım. Hazırlıq prosesində şəxsi müəllimim olan Azər Həsənsoya, mənim üzərimdə zəhməti olan Maqsud Allahverdiyev və millimizin baş məşqçisi Şəhriyar İsayev mənə çox kömək oldular. Hər birinə dərin təşəkkürümü bildirirəm.

Məni səfərə aparan Azərbaycan Muay Tay Federasiyasının prezidenti və şəxsi məşqçim olan Azər Həsənsoya da dərin təşəkkürümü bildirirəm ki, bu imkanı mənə yaratdı. İnanın, ümidim vardı, amma tam olaraq inanmırdım. Şükürlər olsun ki, bu arzuma çatdım, özümün, müəllimlərimin, federasiyanın zəhməti yerdə qalmadı. Dünya çempionu olmağımda mənə dəstək olan hər kəsə minnətdaram. 

Xüsusən də komanda və məşq yoldaşım Alid Məmmədzadəyə də. O da Super Muay Tay Liqasında iştirak etdiyi üçün Tailanda idi. Mənə çox dəstək oldu. İnşallah bundan sonra da maksimum dərəcədə çalışıb daha böyük uğurlar qazanacam. Allaha min şükürlər olsun ki, zəhmətim bəhrəsiz qalmadı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar