Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı diplomat Şeyx Əhmədlə görüşdü


Bu gün Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Dubay beynəlxalq hava limanının sədri, Dubay Mülki Aviasiya İdarəsinin prezidenti, “Emirates Airline and Group” korporasiyasının rəhbəri Şeyx Əhməd bin Səid Əl Məktum ilə görüşüb


Xarici İşlər Nazirliyindənverilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), xüsusilə Dubay Əmirliyi arasında aviasiya sahəsində əməkdaşlıq perspektivlərinə, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. 

Azərbaycanlı diplomat həmsöhbətinə son illər ölkəmizin əldə etdiyi nailiyyətləri və inkişafı, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş aerovağzal kompleksi barədə ümumi məlumat verib.

Öz növbəsində, Şeyx Əhməd bin Səid Əl Məktum Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşmüş və 2006-cı ilin 20-21 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə səfəri zamanı onunla görüşdüyünü xüsusilə qeyd edib.

Görüşün sonunda tərəflər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar