Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı deputatın hazırladığı sənəd Avropa Şurasında


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanlı deputat Rafael Hüseynovun hazırladığı “Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı yeni tövsiyə xarakterli sənədi müvafiq imzalar toplayıb və aktual qətnamə layihəsi kimi AŞPA katibliyinə təqdim edilib


Rafael Hüseynovun “Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı sənəd AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin prioritetləri sırasında yer alıb. 

Müxtəlif Avropa ölkələrindən olan 30-dan çox deputatın dəstəkləyərək imzaladığı bu tövsiyə xarakterli sənəddə orta təhsilin səviyyəsinin yüksəldilməsini təmin edəcək bir sıra istiqamətlərə diqqət yönəldilib. Sənəd təklif olunan mövzu ilə bağlı bütün təfərrüatları əks etdirəcək xüsusi məruzənin tərtib edilməsini nəzərdə tutur.

Sənəddə diqqətə çatdırılıb ki, məktəblər qəbul edilmiş ənənəvi sistem üzrə işləyir və bu da bir sıra hallarda uşaqlara daha effektli bilik verilməsinə aparmır. Təsdiq edilmiş proqramlar, vəsaitlər və hamı üçün eyni olan dərsliklər əsasında sinif otaqlarında dərs aparmaq müəllimlər üçün rahat olsa da, həmişə qənaətbəxş nəticələr vermir və yeni yanaşmaları zəruriləşdirir. Məktəbi və təhsili şagirdlərin ehtiyaclarına uyğunlaşdırmaq təhsilin səviyyəsini yüksəldə bilər.

Təhsilin fərdiləşdirilməsi, hər şagirdin tələblərinin, maraqlarının, səylərinin, mədəni-intellektual səviyyəsinin nəzərə alınmasını zəruriləşdirir. Fərdiləşdirmə həm istedadlı, həm də fiziki qüsurlu şagirdlərin gözləntilərinə daha müvafiq cavab verməyi sürətləndirə bilər. Eyni zamanda, yeni model Avropa təhsil sistemindəki islah xarakterli təhsilin də mükəmməl tələblər sisteminin hazırlanmasına imkan verər.

Assambleya bu mövzunun müxtəlif istiqamətlərini araşdırmaqla Avropada məktəb təhsil sisteminin təkmilləşdirilməsinə xidmət edəcək, hər məktəbliyə daha yaxşı və daha fərdi təhsil vermək imkanı yaradacaq təkliflər silsiləsini təqdim edən məruzənin hazırlanmasını gərəkli hesab edib.

Rafael Hüseynovun hazırladığı tövsiyə xarakterli sənəd mədəniyyət, elm, təhsil və media komitəsində ilkin müzakirədən keçərək yüksək qiymətləndirilib, bu mövzu ilə bağlı məruzəçi təyin edilməsi vəsadəti ilə AŞPA-nın Bürosuna müraciət edilib.

Qeyd edək ki, Rafael Hüseynovun indiyədək hazırladığı 100-ə yaxın sənədin bir qismi Parlament Assambleyasının bürosu tərəfindən ayrı-ayrı mühüm məruzələrin tərtib edilməsi üçün əsas kimi götürülüb. Azərbaycanlı deputat 2001-ci ildən 14 dəfə məruzəçi seçilib ki, bu Avropa Şurasında ən yaxşı göstəricilərdən hesab edilir.

Azərbaycanın milli və dövlət maraqlarını əhatə edən, eləcə də ümumavropa səciyyəli həmin məruzələr əsasən insan hüquqları, ekologiya, mədəniyyət, elm, jurnalistika, din azadlığı, qaçqın və məcburi köçkünlər problemlərinə həsr edilib.

Rafael Hüseynovun müəllifi olduğu “Avropada qaçqın və məcburi köçkünlərin təhsil problemləri”, “Avropa ali təhsil məkanının vahidliyi və beynəlxalq açıqlığı”, “Avropada jurnalistlərin peşəkar təhsili və treninqi” kimi məruzələr təhsil sahəsində Avropa Şurasının apardığı siyasət baxımından uğurlu nəticələr kimi dəyərləndirilib. (AzərTAc)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar