Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı cərrahdan İlham Əliyevə müraciət

Xaricdə təhsil alıb vətəninə dönsə də burda biganəliklə üzləşən cərrah Ruslan Rəhimov Prezident İlham Əliyevə müraciət edib


Ruslan Rəhimov ixtisasca həkim-cərrahdır. 1999-2005-ci illərdə Beynəlxalq Universitetin "müalicə işi” fakültəsini bitirərək Rusiya Federasiyası Həştərxan Dövlət Tibb Akademiyasında "Ümumi cərrahiyyə” üzrə "kliniki ordinatura” keçib. 2007-ci ildə isə həmin universiteti müvəffəqiyyətlə bitirib. 
Bir müddət Yəməndə həkim kimi çalışıb. Daha sonra Azərbaycana qayıdaraq öz vətənində xidmətini davam etdirmək istəyib. Lakin öz doğma vətənində Ruslan Rəhimova iş tapmaq problemə çevrilib. Səhiyyə Nazirliyindən gileylənən Ruslan Rəhimov deyir: 

"2013-cü il 6 noyabr tarixində Səhiyyə Nazirliyində təşkil olunmuş sertifikasiya imtahanında iştirak etmişəm və 93 sualı cavablandırmışam. 3 saatdan sonra mənə dedilər ki, siz 53 balla kəsilmisiniz. Bu imtahandan narazı qaldığım üçün komissiya təşkil olundu və mən testə düşən sualların 30%-nin səhv olduğunu sübut etdim. 

Ona görə də 6 sualı mənim xeyrimə hesab etsələr də 59 balla yenə kəsildim (Qeyd edim ki, lazım olan bal 60 bal idi). Bir bala görə yenə də imtahandan kəsildim. 2014-cü ilin fevral ayının 19-da yenidən test imtahanına girdim və 63 balla test imtahanının birinci mərhələsini keçdim. Lakin ikinci mərhələdə – müsahibədə komissiyanın sədri həkim Rauf Ağayev tərəfindən kəsildim. Səbəb kimi isə iş təcrübəmin olmadığını dedilər və məni yenə də kursa göndərdilər. Yeri gəlmişkən qeyd edim ki, hər dəfə kursa göndərilərkən borcla-xərclə də olsa Səhiyyə Nazirliyinə dövlət rüsumunu ödəmişəm. 2014-cü ildə mən yenə də müsahibəyə gəldim. Lakin bu dəfə Rauf Ağayev yox, özünü "Eksperimental” xəstəxananın cərrahı kimi təqdim edən həkim Kosayev (adını unutmuşam) mənlə sorğu-sual etdi. 

Mən suallara cavab versəm də, o mənə qulaq asmayıb və imtahanın nəticələrinə məhəl vermədən məni müsahibədən kəsdi. "Nə olsun ki, imtahandan keçmisən, müsahibədən keçməyin qiymətini ki, bilirsən”, deyərək açıq-aşkar məndən rüşvət istədi. Bu çox acınacaqlı bir durumdur. Test imtahanını keçsəm də, müsahibəni rüşvətsiz keçə bilməyəcəyimi gördüm. O üzdən cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, mənə kömək etsin. Mən sadəcə bilik və təcrübəmi öz vətənimə sərf etmək istəyirəm. Mən övladımı normal həyat şəraitində böyütmək istəyirəm. Heç bir yerdən gəlirim yoxdur. Bir tikə çörək üçün sürünməkdən usanmışam”. 

Qeyd edək ki, Ruslan Rəhimov 5 dil bilir və hərbi xidməti də başa vurub.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar