Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı alim xərçəngin müalicəsini tapıb? - Video


Bir çox ixtiraları ilə tanınan Bakı sakini yeni qurğu ixtira edib. Tahir Əliyev iddia edir ki, onun yeni qurğusu vasitəsi ilə prostat vəzi xərçəngindən əziyyət çəkən xəstələri tam sağaltmaq mümkün olacaq


Xezerxeber.az bildirir ki, uzun illər prostat vəzi xəstəliyindən əziyyət çəkən Tahir Əliyev yeni ixtira etdiyi qurğunu ilk dəfə elə öz üzərində sınaqdan keçirib.

Tahir Əliyevin dediyinə görə, xərçəng hüceyrələrini 50 dərəcə temperaturda məhv etmək olur. Həmin temperatur kanal vasitəsi ilə prostata ötürüldükdə digər hüceyrələr də ölə bilər. İxtira edilən yeni qurğu isə digər hüceyrələrə zərər vermədən istiliyi birbaşa xəstəliyin olduğu hissəyə ötürəcək. Bu da baş qaldıran xərçəng hüceyrələrini birdəfəlik məhv edəcək.

İxtiraçının sözləinə görə, eyni prosesi bir xəstənin üzərində 5 və ya 10 dəfə aparmaq kifayət edir ki, o həmin xəstəlikdən birdəfəlik yaxa qurtara bilsin.

Yeni ixtira ilə təkcə xərçəng xəstəliyini yox, böyrək xəstəliklərini də müalicə etmək mümkün olacaq. Bunun üçün Tahir Əliyev ixtiranı daha da təkmilləşdirəcəyini deyir.

İxtiraçı gələcəkdə başqa növ xəstəliklərin müalicəsində istifadə oluna biləcək əlavə qurğular ixtira edəcəyini də bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar