Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı aktrisa Türkiyədə seriala çəkilir


Azərbaycanlı aktrisa Tunay Əliyeva Türkiyənin tanınmış serialı olan “Ölənə kadar”da rol alıb


Musavat.com saytının suallarına cavab verən aktrisa rolunun davamlı olmadığını deyib: 

“İki ildir ki, İstanbulda yaşayıram. Aktrisalığın dərin sirlərini öyrənirəm, həm də burada çalışıram. “Ölənə kadar” bəyəndiyim seriallardandır. Təklif birbaşa serialın rejissorundan gəldi, sevə-sevə qəbul etdim. Obrazım davamlı olmayacaq. Ekran işində sınaq məqsədi ilə rol aldım. Sınamaq istəyirdik ki, kamera qarşısında rol almaq məndə necə alınır. Şadam ki, gözəl kollektivlə çalışdım. Mənim üçün təcrübə oldu”.

- Bilirik ki, Türkiyədə oyunçuların aldığı qonorar yüksəkdir. Aldığınız qonorar sizi qane etdi?

- Düz qeyd etdiniz. Türkiyədə aktyora yüksək məbləğdə qonorar verirlər. Aldığım qonorar məni qane etdi. Amma məbləği açıqlamaq istəmirəm.

- Türkiyədə film sektorunda fəaliyyətiniz davamlı olacaq? Hədəfləriniz nələrdir?

- Əlbəttə, davamlı olacaq. İlk addımı “Ölənə kadar” serialı ilə atdım. Öz üzərimdə daim çalışıram. Hədəfim Türkiyədə tanınmış aktrisa olmaq, baş rolları ifa etməkdir.

- Rol almaq istədiyiniz, sizin üçün xüsusilə seçilən serial var?

- Türk film və seriallarının əksəriyyətini bəyənirəm. Demək olar ki, hamısında rol almaq istəyərəm.

- Azərbaycanda da seriallar və filmlər çəkilir. Buradan təklif gəlsə, qəbul edərsiniz?

- Azərbaycanda da artıq gözəl və maraqlı ekran işləri ərsəyə gətirilir. Əlbəttə, bəyəndiyim iş olsa, rol alaram. Burada zaman faktoru da rol oynayır. Hər iki ölkədə çalışmaq çətindir. Amma ürəyimcə olan rol, kollektiv olsa, çəkilərəm.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar