Estoniyanın Paldiski şəhərinin vitse-meri azərbaycanlıdır
Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzindən APA-ya verilən məlumata görə, ötən ay keçirilən seçkilərdə Paldiski şəhərinin birinci vitse-meri vəzifəsinə azərbaycanlı Eldar Babayev seçilib. Bundan başqa, Azərbaycan diasporunun fəallarından olan Zaur Abbasov seçkilərdə iri şəhərlərdən olan Kohtla Yarve şəhər bələdiyyəsinə üzv seçilib.