Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla bağlı gizli plan - müharibə başlasa...


Qarabağ ətrafında gərginliyin artması ən çox kimə əl verir, Rusiyanın konfliktə dair “Yol xəritəsi”ndə nə var? Ekspertdən ilginc iddia: “Müharibə Rusiya hərbi bazasının Azərbaycana qayıtması ilə bitə bilər...”


Qarabağ münaqişəsi zonasında gərginlik az qala, hər gün artmaqdadır.

 Erməni tərəfinin ara verməyən təxribatları təbii ki, Azərbaycan Silahlı Qüvvələrini adekvat addımlar atmağa vadar edir - hansı ki, mayın 15-də bir daha gördük: aviasiyamız üçün təhlükə kəsb edən və məqsədli şəkildə ön cəbhəyə çıxarılan, düşmənə məxsus “OSA” zenit-raket kompleksi hərbçi heyəti ilə birgə məhv edildi.

İşğalçı qüvvələrin torpaqlarımızda özünü belə arxayın aparması şübhəsiz ki, ilk növbədə onun öz havadarlarına güvənməsi ilə bağlıdır. Söhbət ən əvvəl Rusiyadan gedir. Bəzi ehtimallara görə, son vaxtlar rəsmi İrəvanın sülh prosesindən birdəfəlik imtina edərək, daha radikal mövqe sərgiləməyə başlaması, faktiki, Ermənistan hakimiyyətinə daşnak ideologiyasının hakim kəsilməsi, paralel surətdə cəbhə xəttində düşmən təxribatlarının çoxalması boşuna deyil, məqsədli xarakter daşıyır və havadar amili ilə sıx bağlıdır.

***

Bu xüsusda ekspert çevrələrində müzakirə predmeti olan mövzulardan biri də Ermənistanın 1 nömrəli müttəfiqi Rusiyanın yeni və iri hərbi toqquşmada nə dərəcədə maraqlı olub-olmaması ətrafındadır. Yəni Qarabağda yeni müharibə Rusiyaya lazımdırmı?


Suala hələ ki yekdil baxış yoxdur. Hətta bununla bağlı bir-birinə diametral zidd yanaşmalar mövcuddur. Şübhəsiz ki, ona dolğun cavab vermək üçün başqa bir suala cavab vermək lazım gəlir: belə bir müharibə Rusiyaya nə verə bilər, onun itkiləri nə olacaq?

Sözsüz ki, hər iki suala cavab daha çox hərb variantında Rusiyanın hansı mövqe tutacağından, satellit Ermənistana hərbi kömək edib-etməyəcəyindən, lap dəqiqi, işğalçı Ermənistanla birgə yaradılmış ortaq hərbi qruplaşmanın Qarabağ istiqamətinə cəlb edilib-edilməyəcindən birbaşa asılı olacaq. Əksər analitiklər hesab edir ki, nə KTMT, nə də ortaq hərbi birləşmə hüquqi baxımdan Qarabağa görə cavabdehlik daşımır. Yəni hərbi əməliyyatlar konkret olaraq Ermənistan ərazisinə nüfuz etməyincə, bu - istisnadır.

Başqa yandan, Rusiyanın açıq və fəal şəkildə Ermənistan tərəfində çıxış eləməsi Azərbaycanın itirilməsi və münaqişəyə Türkiyənin də qoşulmaq (Naxçıvan nahiyəsindən) zorunda qalması ilə nəticələnə bilər. Bu da hazırda yüksəliş dövrü yaşayan Rusiya-Türkiyə münasibətlərinə ciddi zərbə olardı.



***

İstisna deyil ki, baş verən kritik proseslər fonunda Rusiya Türkiyəni də itirsin. Qardaş ölkə isə Moskva üçün təkcə AvropaABŞ-a qarşı bufer rolu oynamır, eyni zamanda böyük iqtisadi dividentlər deməkdir. 3 ildir davam edən sanksiyalardan sonra şimal qonşumuzun iqtisadi durumu isə kritikdir. Ölkə artıq özünün Ehtiyat Fondunu da xərcləyib qurtarmaq üzrədir.

Bura Moskvanın Yaxın Şərq (Suriya), Ukrayna böhranlarına cəlb olunmasından dolayı, üzləşdiyi əlavə problemləri, çətinlikləri də əlavə eləsək, o zaman Kremlin müharibədə - əlavə ciddi baş ağrısında yox, konfliktin həllində irəliləyişdə maraqlı olması zərurəti ortaya çıxar. Hərçənd, bu da yoxdur. Yaxud istək varsa belə, yəqin tərəflərdən biri - ya Azərbaycan, ya da Ermənistanın Rusiyanın “Yol xəritəsi”ni məqbul saymır.
Vaxt isə gedir. Bu da öz növbəsində artan müharibə riskləri deməkdir. Ola bilsin, Rusiya rəhbərliyinin son vaxtlar büruzə verən əsəbi tonu ən əvvəl bununla bağlıdır. Hər necə olmasa, bölgədə yeni müharibənin yaradacağı qarışıqlıqdan yüz faiz Moskvanın istifadə edəcəyinə əminlik yoxdur. İndi 90-cı illər deyil. İndi bölgədə Türkiyə, hətta NATO (Gürcüstandakı baza timsalında) var. Bu kimi mühüm gəlişmələri Kreml isteblişmenti ciddiyə almaya bilməz.


***

Beynəlxalq məsələlər üzrə rusiyalı ekspert Aleksandr Serebryakov da Cənubi Qafqazdakı durumu kritik hesab edir. Musavat.com-un məlumatına görə, politoloq AzərbaycanErmənistanın artıq atəşkəsə qarşılıqlı nəzarəti itirmək riski ilə üz-üzə olduğunu deyib.
“Üstəlik, Ermənistan beynəlxalq kursla bağlı öz mövqeyini hələ də tam müəyyən eləməyib və dünya oyunçularının maraqları arasında var-gəl edir. Azərbaycan isə öz üzərində getdikcə daha çox Türkiyənin təsirini hiss edir - hansı ki, son illər hərbi münaqişələrin eskalasiyasında həddən artıq fəaldır. Düşünmürəm ki, indi Rusiyaya öz sərhədlərində müharibə lazımdır: problemlər onsuz da həddən artıqdır, Moskvanın ABŞ-la münasibətləri isə indiyədək aydınlaşmayıb. Ancaq hər halda əgər müharibə başlasa, o zaman həqiqətən bütün əsaslar var deyək ki, onun bitməsi münaqişə zonasına Rusiya sülhməramlıları və ya beynəlxalq hərbi kontingentin yeridilməsi ilə bağlı olacaq”, - deyə analitik əlavə edib.

***

Əslində rusiyalı ekspert bəlkə heç özü də bilmədən Moskvanın Qarabağla bağlı gizli hədəfini açıqlayıb. Bu da yeni silahlı toqquşmadan yararlanıb Rusiya hərbi kontingentinin Qarabağda yerləşdirmək planından ibarətdir.



Faktiki şəkildə, Rusiyanın Azərbaycana hərbi qayıdışı anlamı verən bu hədəflə bağlı zaman-zaman yazmışıq. Kreml çox istəyərdi ki, bu planı baş tutsun. Çünki o halda Qarabağla bağlı heç bir öhdəliyə boyun olmadan Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı minimuma enər (Qarabağ probleminin tam həll olunub-olunmamsından asılı olmayaraq), ən əsası, NATO-nun ABŞ-ın bölgənin iki ölkəsində - AzərbaycanErmənistanda bərqərar olması uzun müddətə əngəllənərdi.

Ola bilsin, elə buna görə Rusiya müharibədə maraqlı olsun - lakin sırf özünün nəzarətində olacaq bir müharibədə. Bu isə asan məsələ deyil. Çünki hərbə başlamaq asan, onu dayandırmaq isə həmişə çətin olub. Rusiya isə “bir güllə ilə iki dovşan vurmaq” istəyir. Vura biləcəkmi? (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar