Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla İran arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə imzalanıb

Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub


Nazilrikdən  verilən məlumata görə, İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi, və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.

“Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANİR”  şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb. Müqaviləyə əsasən cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada rejimində) Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin idxalı prosesinə başlanacaq.

Bundan başqa, görüşdə Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün üçtərəfli görüşün 26 aprel 2018-ci il tarixində Bakıda keçirilməsi razılaşdırılıb. Eləcə də İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi dəhlizinin inkişafına dair geniş fikir mübadiləsi aparılıb və üçtərəfli görüşün keçirilməsinin vacibliyi bildirilib."APA-Economics"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar