Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Ermənistan arasında son döyüşlərin yeni təfərrüatları


Ermənistan rəhbərliyinin son hərbi və siyasi uğursuzluqları onu vadar etdi ki, Qarabağ münaqişəsi zonasında vəziyyəti kəskinləşdirsin. Son dörd gün ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinin atəşə tutulmasını gücləndiriblər


Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmən Ağdam, GoranboyTərtər istiqamətində nəzərə çarpacaq dərəcədə itkilər verib, lakin Ermənsitanın Müdafiə Nazirliyi bu barədə susur.

Hərbi mənbələrin məlumatlarına görə, Tərtər rayonunun işğal altında olan ərazilərində erməni hərbçilərinin Azərbaycan mövqelərini izləmək üçün quraşdırdıqları müşahidə kamerası sıradan çıxarılıb.



İşğal edilmiş Seysulan kəndi istiqamətində “Hyundai” markalı çoxfunksiyalı ağır texnika sıradan çıxarılıb ki, bunun köməyi ilə erməni hərbçiləri mühəndis işləri görməyi planlaşdırırdılar.

Bundan başqa, Tərtər rayonu istiqamətində cavab atəşi ilə düşmən postu məhv edilib və nəticədə, erməni ordusunun iki hərbçisi öldürülüb.

Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşmiş digər bölmələri erməni hərbçilərinə məxsus “KamAZ” yük maşınını darmadağın ediblər.



Bundan savayı, dünən Azərbaycan ordusunun Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən bölmələri cavab atəşi ilə erməni ordusunun iki hərbçisini məhv ediblər.

Ermənistan ordusunun bu cür fəallaşmasını şərh edən hərbi ekspert Tərlan Eyvazov qeyd edib ki, düşmənin bu aktivliyi Naxçıvan istiqamətindəki uğursuzluqlarla əlaqədar ola bilər.

“Qarabağ istiqamətində gərginlik yaratmaqla onlar öz xalqlarının diqqətini Naxçıvan istiqamətində üzləşdikləri məğlubiyyətdən yayındırmağa çalışırlar. Lakin bununla onlar yalnız öz vəziyyətlərini daha da pisləşdiriblər. İndi ermənilər ölkədə yeni etirazlardan qorxaraq, itkilərini gizlətmək məcburiyyətindədirlər”, - ekspert vurğulayıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar