Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi hazırlanır

Rəsmi Bakı Avropa ilə münasibətləri yaxşılaşdırır; Ümumdünya Ticarət Təşkilatının qapıları ölkəmizin üzünə açılır


AzərbaycanAvropa İttifaqı arasında çərçivə sazişi müzakirə olunacaq

Rumıniyalı deputat Nikolai Norikanın müəllifi olduğu sənəd Avropa Parlamentinin iclasının gündəliyinə salınıb. Gələn ayın 6-da Strasburqda keçiriləcək iclasda çərçivə sazişi müzakirəyə çıxarılacaq. Rumıniyalı deputatın hazırladığı sənəd iyunun 16-da müzakirə olunmaq üçün Xarici Əlaqələr Komitəsində oxunuşdan keçib.

Qeyd edək ki, Azərbaycanda iqtisadi böhran baş verdikdən sonra ölkə iqtidarı Avropa İttifaqı ilə əvvəllər olan soyuq münasibətləri yumşaltmaq üçün önəmli addımlar atmağa başlayıb. Neftin qiymətinin kəskin şəkildə azalması da Azərbaycan hökumətini Avropa Birliyi ilə əlaqələrini düzəltməyə vadar etdi. Ekspertlər hesab edirlər ki, hakimiyyətin bu siyasətinin yaxın gələcək üçün əhəmiyyəti böyük olacaq. 

Politoloq Elxan Şahinoğlu xarici bazarlara çıxış əldə etmək üçün Avropa İttifaqı ilə yaxınlaşmanın böyük əhəmiyyət kəsb etdiyi qənaətindədir: “Avropa Birliyi ”Şərq Tərəfdaşlığı" Proqramını irəli sürəndə burada 6 dövlət nəzərdə tutulurdu. Bunların içərisində Azərbaycan da var idi. Bu dövlətlərin bəziləri ilə sonradan assosiativ anlaşma deyilən sənəd imzalandı. Sənədi imzalayanlar Azərbaycanın yaxın qonşuları, müttəfiqləri olan Gürcüstan, Moldova və Ukrayna idi. Assosiativ anlaşma bu dövlətlərin Avropa Birliyinə üzvlüyünü sürətləndirməsə də, xüsusi imtiyazlar verirdi. Azərbaycan çox təəssüf ki, o zaman bu sazişi imzalamadı. Müəyyən şərtləri oldu. Qarabağla bağlı konkret mövqenin bildirilməsi tələb olundu. Bu baxımdan sənədi imzalamadı və nəticədə bir qədər soyuqluq yarandı. Şərtlərdən biri də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması idi. Azərbaycan hələ bu üzvlüyü də reallaşdırmayıb. Halbuki Rusiya, Ermənistan və Tacikistan kimi dövlətlər Ümumdünya Ticarət Təşkilatının üzvüdürlər. Azərbaycanda iki dəfə iqtisadi böhran olduğu zaman dövlət başçısının çıxışı oldu ki, biz müxtəlif bazarlara çıxmalıyıq, mallarımızı həmin bazarlarda satmalıyıq. Əsas bazarlar da Avropa İttifaqı ölkələridir. 




Bu baxımdan, hesab edirəm ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələri bərpa etməyə qərar verdi. Bir ideya ortaya atdı ki, strateji sənəd imzalayaq. Bu sənədin üzərində də iş başladı. Bu illərdə iş ləng getdi. Amma son günlər proses bir qədər sürətlənib. Azərbaycan hökumətinin də Avropa Birliyi ilə əlaqələrin genişləndirilməsində marağı var. Qarşı tərəf də maraqlı görünür. Təsadüfi deyil ki, ittifaqın Azərbaycandakı xanım nümayəndəsi elə bir iqtisadi tədbir yoxdur ki, orada iştirak etməsin. Bu ondan xəbər verir ki, iqtisadi yöndə əməkdaşlığı genişləndirmək üçün münbit şərait var. Avropa İttifaqında Azərbaycanla bağlı sənədin qəbul edilməsi əməkdaşlığa qanunverici baza verə bilər. Strateji sənədin imzalanması işini də sürətləndirmək çox vacibdir. Gələn açıqlamalar ondan xəbər verir ki, bu istiqamətdə irəliləyişlər var. Son zamanlar Azərbaycanla Ümumdünya Ticarət Təşkilatı arasında danışıqların sürətlənməsinin də işartıları görünür. Bir xəbərdə rast gəldim ki, Azərbaycanı bu danışıqlarda xarici işlər nazirinin müavini təmsil edir. Artıq anlamalıyıq ki, mallarımızın rəqabət aparması, eləcə də dünya bazarına çıxması üçün mütləq Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. Bu istiqamətdə Avropa Birliyi ilə əməkdaşlığı genişləndirmək üçün çox gözəl zəmin var".

Politoloq çərçivə sazişinin mahiyyətindən də söz açdı: “Bu saziş strateji sənədə verilən addır. Burada həll olunmalı məsələlər öz əksini tapır. İqtisadi və enerji əməkdaşlığının hansı zəmində qurulması və digər məsələlər sazişdə olacaq. Başqa detallar da sənəddə əks olunacaq. Məsələn, Avropa məhsullarının Azərbaycan bazarlarına necə gəlməyi, yaxud Azərbaycanın kənd təsərrüfatı mallarının Avropa bazarlarına necə çıxarılması və bu kimi məsələlər. Azərbaycan hökuməti haqlı olaraq həmin sənəddə ölkəmizin ərazi bütövlüyü ilə bağlı məsələnin də yer almasını istəyəcək. Bütün bunların böyük faydası olacaq. Sənəd imzalamaq o demək deyil ki, məsələlər bitdi. Sənədi imzalayandan, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün işləri sürətləndirəndən sonra oradakı maddələri yerinə yetirmək lazım gələcək. Rəqabətli iqtisadiyyat qurmaq, rəqabətli malların xaricə çıxışını təmin etmək, xarici malların Azərbaycana gəlişinə olan əngəllərin aradan qaldırılması və bu kimi məsələlər. Hər şey hakimiyyətin atacağı addımlardan asılıdır. Addımlar yetərli olacaqsa, Avropaya inteqrasiya sürətlənəcək”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar