Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb


Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi və İnterpol xətti ilə axtardığı iş adamı İstanbulda şirkət açıb. Üstəlik, məlum olub ki, İnterpol tərəfindən beynəlxalq axtarışa verilsə də heç kim ondan heç nə soruşmur


Virtualaz.org xəbər verir ki, 45 yaşlı Türkiyə vətəndaşı Burak Bilgili Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün barəsində qaldırılmış cinayət işi əsasında “İnterpol”a verilib. Buna baxmayaraq həmin şəxs ötən il İstanbul Kadıköydə şirkət açıb.

“Sözçü” qəzetinin əməkdaşı şirkətin telefon nömrələrinə zəng vuraraq Burak Bilgili ilə danışıb. “Sizi Azərbaycanda axtarırlar?” - jurnalist ondan soruşub.

Burak Bilgili əvvəlcə deyib ki, axtarışa verilən şəxs o deyil, təkcə  ad-soyad eynidir. Amma o, Azərbaycanda bir müddət bizneslə məşğul olduğunu da deyib. Jurnalist İnterpol-un axtarış dosyesindəki digər məlumatların Burak Bilgilinin məlumatları ilə üst-üstə düşdüyünü xatırladanda o, axtarışa verildiyini etiraf edib.

“Necə olur ki, “İnterpol” tərəfindən axtarıldığınız halda İstanbulda şirkət qurub bizneslə məşğul olursunuz?” - jurnalist sual edib. Burak Bilgili bunları deyib: “Azərbaycanda bizneslə məşğul olmuşam. Burada isə məndən heç nə soruşan olmadı”.

Qəzet vurğulayır ki, bu və digər bu kimi faktlar “İnterpol” xətti ilə şübhəlilərin axtarışının nə dərəcədə effektiv qurulduğuna dair suallar yaradır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar