Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın quda məmurları - Siyahı


Məlumdur ki, Azərbaycanda yüksək vəzifəli şəxslər arasında qohumluq əlaqələri mövcuddur


Nazirlər, məmurlar bir-birindən qız alıb-verməklə, həm aralarındakı bağları gücləndirir, həm də bir növ təsir dairələrini, çevrələrini genişləndirirlər.

 Məhz buna görə, hökumətdə yüksək vəzifə tutan qudaların sayı olduqca çoxdur.

A24.az Azərbaycanın bir-birilə quda olan məmurlarının siyahısını təqdim edir:

Vergilər naziri Fazil Məmmədovun qızı ilə Namiq Əliyevin oğlu nişanlanıb. Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Nəcməddin Sadıkov isə, məlum olduğu kimi, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın bibisi oğlu Altay Məmmədovla qudadır.

 

Bir neçə gün öncə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı ailə həyatı qurub. Azərbaycanın ən nüfuzlu məmurlarından biri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da  Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib.



Nəqliyyat naziri Ziya Məmmədov deputat Sabir Rüstəmxanlı ilə qohumdur.  Belə ki, millət vəkili Sabir RüstəmxanlıAzəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının bir müddət öncə Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı Günel xanımla evlənib.



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da qudadır.

 

Baş nazirin müavini Abid Şərifovun gəlini daxili işlər nazirinin sabiq müavini, mərhum Rövşən Cavadovun qızıdır.



Vergilər naziri Fazil Məmmədovun da qohumu olan məmur var. Fazil Məmmədovun bacısının həyat yoldaşı Binəqədi rayonunun hazırki icra başçısı Xaləddin İsgəndərovdur.



Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudalıq qohumluğundadır.



Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır.



Sabiq səhiyyə naziri Əli İnsanovla Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Prezident Administrasiyasında  şöbə müdiri vəzifəsini tutan general Məhərrəm Əliyev qudadır.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Milli Məclisin deputatı Qalib Salahzadə ilə qudadır.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar