Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın özəlləşdirmədən gəlirləri 7% azalıb


Səhmləri bütövlükdə, yaxud qismən dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən 40 min manat dividend ödənilib


 Azərbaycanda 2015-ci ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi 29 mln. manat məbləğində nəzərdə tutulmuş özəlləşdirmədən daxilolmalar faktiki olaraq 24,089 mln. manat məbləğində icra edilib ki, nəticədə büdcəyə bu maddə üzrə nəzərdə tutulduğundan 16,9% az vəsait daxil olub.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub.

Ötən il özəlləşdirmədən daxilolmalar 2014-cü ilin icrasından 25,2%, 2013-cü ilin icrasından isə 31,7% az olub.

2015-ci ildə özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricisinin yerinə yetirilməməsi əsasən investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından (2,788 mln. manat) və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından (3,188 mln. manat) daxilolmaların nəzərdə tutulduğundan az icra edilməsi ilə əlaqədar olub.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Hesablama Palatasına təqdim olunmuş məlumatlara əsasən, özəlləşdirmədən daxilolmalar üzrə vaxtı çatmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq 2015-ci il yanvarın 1-nə 2,218 mln. manat, cari il yanvarın 1-nə isə 2,069 min manat təşkil edib və illik 6,76% olub.

Özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə, yaxud qismən dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən 2015-ci il ərzində ödənilən dividendlər 40 min manat təşkil edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar