Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın meşə ehtiyatları inventarlaşdırılacaq


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda meşə ehtiyatlarının inkişafını dəstəkləməkdə davam edəcək


Bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.

M.Çakmakın sözlərinə görə, FAO Qlobal Ekologiya Fondu (GEF) və Azərbaycan hökuməti ilə birgə ölkənin meşə ehtiyatlarının monitorinqi layihəsinin reallaşdırılmasına başlayıb: "Layihə Azərbaycanın meşə ehtiyatlarının inventarlaşdırılmasını həyata keçirməyə imkan verəcək. Sonuncu dəfə bu proses SSRİ dövründə, 1988-ci ildə keçirilmişdi".

FAO ofisinin rəhbəri bildirib ki, inventarlaşdırılma Azərbaycana meşə ehtiyatları ilə bağlı siyasət formalaşdırmağa və bu sahədə layihələri uğurla reallaşdırmağa imkan verəcək: "Layihə çərçivəsində Azərbaycanın AğdamQax rayonlarında zərər görmüş meşə massivlərinin bərpası da planlaşdırılır. Bu, torpaqları qorumağa, eləcə də havaya karbon qazının buraxılmasının qarşısını almağa kömək edəcək".

M.Çakmak bildirib ki, əsas maliyyələşdirməni GEF öz üzərinə götürüb, FAOAzərbaycan hökuməti isə layihəyə qeyri-maddi kömək göstərəcək: "GEF bu layihə üçün 1,5 milyon dollar ayırıb. FAO və hökumət isə bu layihəyə işçi qüvvəsi və digər ehtiyatlarla kömək edəcək ki, bu da müvafiq olaraq 1 milyon və 2-3 milyon dollara bərabər olacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar