Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın media holdinqi Türkiyədə xəbər kanalı açır

Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” Türkiyədə xəbər telekanalı açır


 Türkiyə telekanallarına istinadən xəbər verir ki, şirkət İstanbulda “Cine 5” və “Kanal 6” telekanallarının ofisinin yerləşdiyi binada 3 aydır intensiv hazırlıq işləri aparır.

 Bina son texnologiya əsasında tamamilə yenilənib. Türkiyə mənbələri “Global Media” şirkətinin 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyini bildirir.

Xəbərə görə media qrupu Türkiyədə uzunmüddətli biznes qurmağə planlaşdırır və yeni açacağı telekanala məşhur aparıcıları, jurnalistləri cəlb etməyə hazırlaşır. Şirkətin yaxın günlərdə kadrları cəlb etmək üçün danışıqlara başlayacağı bildirilir.

Yeni açılacaq xəbər kanalının adı TR24 olacaq və NTV, CNN Türk, Habertürk kimi aparıcı xəbər kanalları ilə rəqabətə girəcək.

İnternet mənbələrində göstərilir ki, “Global Media” 2001-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətdir. 2007-ci ildə şirkət Azərbaycanda rəqəmsal yayım və çap biznesi sahəsində fəaliyyətə başlayıb. Habelə Türkiyədə serial biznesinə girib. Tərkibində sərgi və reklam biznesi ilə məşğul olan “AzExpo” LLC, çap biznesi ilə məşğul olan “Global Print” şirkətləri var.



Türkiyədəki qaynaqlardan virtualaz.org-a məlum olub ki, “Global Media” qrupu bu ölkədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur.

Türkiyənin media sektoru reklam bolluğuna görə gəlirli biznes sahəsi hesab edilir. Lakin Azərbaycan şirkətinin bu sektorda rəqabətə nə dərəcədə davam gətirəcəyi hələ məlum deyil. Bundan əvvəl SOCAR-da Türkiyənin media sektoruna girmişdi və xəbər telekanalı satın almışdı. Hansı ki, bu yatırımın uğursuz olduğu haqda məlumatlar var.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar