Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın geosiyasi imkanları nə vəd edir?


Sülhəddin Əkbər : “Əgər Azərbaycanla İran dəmiryolları birləşərsə, bütövlükdə “İpək Yolu” Cənubi Qafqaz və Xəzər regionunda şaxələnmiş olar”


Azərbaycan öz imkanlarından istifadə edərək bu proseslərin Ermənistandan yan keçməsinə çalışmalıdır. Azərbaycanın infrastruktur və maliyyə imkanları, həmçinin Türkiyə və Gürcüstan tərəfindən dəstəklənməsi  bunun üçün əlverişli şərait yaradır”.

Bu fikirləri hal-hazırda dünyada mövcud olan geostrateji  gedişata və Azərbaycanın bu mövzuda  maraqlarına münasibət bildirərkən siyasi şərhçi, Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər PİA.AZ-a açıqlamasında qeyd edib. 

Qeyd edək ki, hazırda dünyada geosiyasi vəziyyət elədi ki, demək olar, hamı hamıya qarşı savaşır. Bir layihədə tərəfdaş olanlar digər layihələrdə düşmən ölkələr kimi meydana çıxmış olurlar. Təbii olaraq, hazırda Çinlə Avropanı birləşdirən “İpək Yolu” layihələri böyük önəm daşımaqdadır. Orta Asiya Azərbaycan, Gürcüstan və Türkiyə, RusiyaAvropa, eyni zamanda Hindistan və İran, Pakistan Əfqanıstan və İran layihələrinə qarşı uğurla mübarizə apara biləcəkmi? Və bunun üçün Orta Asiya dövlətlərinin, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin geosiyasi resursları yetərli ola biləcəkmi? Həmçinin İran üzərindən sanksiyaların götürülməsindən sonra yeni nəqliyyat dəhlizləri üzərində mübarizə qızışmaqdadır. İranın yeni nəqliyyat dəhlizi olaraq meydana çıxması Ermənistanın da geostarteji ümidlərini artırmaqdadır. İrandan keçə biləcək “İpək Yolu” və enerji layihələrindən Ermənistan pay ala bilərmi? Və İranın nəqliyyat dəhlizi olaraq meydana çıxması Azərbaycan, Türkiyə, eyni zamanda Rusiyanın geostrateji maraqlarına nə qədər təsir edə bilər?

Bu mövzu ilə bağlı Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi, Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb. 

Image result for sulheddin əkbər

Sülhəddin Əkbər: “Azərbaycan strateji əhəmiyyət daşıyan enerji, həmçinin nəqliyyat, ticarət yollarının inkişafında aktiv rol oynamağa çalışmalıdır”.


Azərbaycanın geostrateji əhəmiyyətinin böyük olduğunu vurğulayan Sülhəddin əkbərin fikrincə, Azərbaycan öz imkanlarından düzgün yararlanaraq Ermənistanın  İrandan keçə biləcək “İpək Yolu” və enerji layihələrindən pay almasına maneə ola bilər:

“Ümumiyyətlə, Azərbaycan üzərindən keçən ticari, iqtisadi, enerji, nəqliyyat yolları ölkənin regionda və dünyadakı strateji önəmini artırır. Bu baxımdan Azərbaycan strateji əhəmiyyət daşıyan enerji, həmçinin nəqliyyat, ticarət yollarının inkişafında aktiv rol oynamağa çalışmalıdır. Azərbaycanın bu sahədə bir çox uğurları var və bu sahədə uğurları davam etdirmək lazımdır. Bunlardan biri də dəmir  “İpək Yolu”nun artıq işə düşməsidir. Bu ilin sonunda Bakı-Tibilisi-Qars dəmiryolunun istifadəyə verilməsi planlaşdırılır. Əgər bu həyata keçirilərsə, artıq dəmir “İpək Yolu”nun inkişafında önəmli bir addım atılmasının vaxtıdır. Digər tərəfdən bu prosesə Çinin və İranın da cəlb olunması müsbət haldır. 

Bildiyiniz kimi, İranın ətrafında yaranmış vəziyyət müvəqqəti də olsa həll olunub. Azərbaycan yaranmış bu vəziyyətdən yararlanmalıdır və bu sahədə İranla başladılan əməkdaşlıq inkişaf etdirilməlidir. Məlumdur ki, İranla Azərbaycan arasında dəmiryolların inkişafı və birləşməsi barədə ilkin razılaşmalar var. Əgər Azərbaycanla İran dəmiryolları birləşərsə, bütövlükdə  “İpək Yolu”  Cənubi Qafqaz  və Xəzər regionunda  şaxələnmiş olar. 

Təbii ki, bu prosesdə Azərbaycan Türkiyə, Gürcüstan, İran, Hindistan, Pakistanla sıx əməkdaşlıq etməlidir və öz imkanlarından istifadə edərək Ermənistandan yan keçməsinə çalışmalıdır. Azərbaycanın infrastruktur və maliyyə imkanları, həmçinin Türkiyə və Gürcüstan tərəfindən dəstəklənməsi  bunun üçün əlverişli şərait yaradır. 


Sülhəddin Əkbər: “Bu gün Çinlə Rusiya arasında kəskin yaxınlıq görünsə də, əslində Mərkəzi Asiya və Xəzər regionunda  onların maraqları toqquşur”.


İranın nəqliyyat dəhlizi olaraq meydana çıxmasının  Azərbaycanın  geostrateji maraqlarına  gəlincə, öncəliklə nəzərə almaq lazımdır ki, Azərbaycan üzərindən keçən yolar ən qısa yollardır. Bu Azərbaycanın coğrafi-iqtisadi üstünlüyüdür. İkincisi, dünyanın aparıcı gücləri eyni zamanda, ABŞ, Avropa Birliyi və Türkiyə Rusiya ilə münasibətləri nəzərə alınmazsa, bu yolların Rusiyadan keçməsində maraqlıdırlar. Digər tərəfdən, bu gün Çinlə Rusiya arasında kəskin yaxınlıq görünsə də, əslində Mərkəzi Asiya və Xəzər regionunda  onların maraqları toqquşur. 

Bu baxımdan Çin Avropaya gedən “İpək Yolu” dəmiryollarının Rusiyadan ötürülməsində aktiv iştirak elədi. Bu təcrübəni nəzərə alsaq, fikirmcə, həmin siyasət davam etdiriləcək. Azərbaycan öz milli maraqlarını Çin, Türkiyə, Hindistan, Gürcüstan, İran, Avropa Birliyi, ABŞ-ın maraqları ilə əlaqələndirə bilsə, uğurlu nəticələr əldə edə biləcək”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar